ABŞ Mərkəzi Komandanlığı bildirir ki, Hörmüz boğazının blokadası
dövründə İran limanlarından bircə gəmi də çıxa bilməyib, altı gəmi
geri qaytarılıb.
ABŞ blokadası, əsasən, İran limanlarına daxil olan və çıxan
gəmiləri hədəf alıb.
Hörmüz boğazı getdikcə neft üçün strateji keçid nöqtəsi olmaqdan
çıxır, iqtisadi təzyiq, hərbi risk və geosiyasi ambisiyaların
kəsişdiyi bir məkana çevrilir. Bu isə gələcək
proseslər üçün ciddi
nəticələr vəd edir. Bunu AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks
Raufoğluna müsahibəsində Yaxın Şərq üzrə təcrübəli təhlilçi Əzim
İbrahim deyib. O, "New Lines" Strategiya və Siyasət İnstitutunda
xüsusi təşəbbüslər üzrə direktordur.
İran ağrıya dözümlüdür
Ə.İbrahim əsasən Çin gəmilərinin blokadanı yararaq keçməsinə diqqət
çəkərək məhdudiyyətlərin nə dərəcədə real blokada olması barədə
suallar yaratdığını vurğulayır. ABŞ-nin təzyiqlərinin real
güzəştlərlə nəticələnmə ehtimalına dair sualı isə təhlilçi belə
cavablandırıb:
"Bu, əsas problemlərdən biridir. Bu
münaqişənin taleyini daha çox ziyan vuran deyil, daha çox dözən
həll edəcək. ABŞ hərbi güc baxımından üstündür, amma İran da ağrıya
daha uzun müddət dözə bildiyini dəfələrlə sübut edib.
İran-İraq müharibəsi zamanı İran böyük itkilər verdi, kimyəvi
hücumlara məruz qaldı, ancaq təslim olmadı. Tehran üçün bu,
ölüm-dirim savaşıdır. Güzəştə getmək rejimin sonu olar.
İran liderləri Birləşmiş Ştatların Vyetnamda, Əfqanıstandakı
təcrübəsini yaxşı öyrəniblər. Hər iki halda ABŞ döyüş meydanında
uğur qazansa da, sonucda geri çəkilmək məcburiyyətində qalıb.
Tehran inanır ki, Vaşinqtonun uzunmüddətli qarşıdurmaya səbri
çatmayacaq.
Beləliklə, İran, çox güman, sonadək dözəcək. Onun siyasi sistemi
onilliklər ərzində məhz belə təzyiqlərə tab gətirmək üçün
qurulub".
Blokada iflasa məhkumdur
Bəs, İran müqavimət göstərməyə davam edərsə, Vaşinqtonun növbəti
addımı nə olacaq – təzyiqləri daha da artıracaq, yoxsa
strategiyasını dəyişəcək?
A.İbrahim blokadanın iflasa uğrayacağını deyir. Onun fikrincə,
xüsusilə böyük güclərin dəstəklədiyi gəmilər Hörmüz boğazını
keçməyə davam edəcək. Sonucda ABŞ hansısa formada qələbəsini elan
edərək geri çəkilə bilər.
"Amma bunun uzunmüddətli nəticələri ciddi ola bilər.
İran Hörmüz boğazını hərbləşdirib … Bu isə Tehrana boğazdan keçidi
pullu etmək imkanı yaradır", – o bildirir.
Digər yandan, sanksiyaların tətbiqində də dəyişiklik var. Sanksiya
altında olan İran və Rusiya nefti təchizatı sabitləşdirmək üçün
bazarlara qayıdır.
Təhlilçinin fikrincə, ən çox narahatlıq doğuran məqam isə İranın
çıxara biləcəyi strateji dərsdir:
"Keçmiş Ali rəhbər
Əli Xamenei öldürülüb, onun nüvə silahlarına qoyduğu dini qadağa
daha məcburi deyil. Tehran belə nəticəyə gələ bilər ki, gələcək
münaqişələrin qarşısını almağın yeganə yolu nüvə baxımından
çəkindirməkdir. Bu isə bütün beynəlxalq oyunçuların maraqlarına
zidd olardı".
Müharibə genişlənsə...
Münaqişənin miqyası Hörmüz boğazından kənara çıxa bilərmi və
prosesə yeni regional, yaxud kənar oyunçuların qoşulması ehtimalı
nə qədərdir? Ə.İbrahim ABŞ-nin regiondakı bazalarının dron və raket
zərbələri qarşısında getdikcə daha zəif duruma düşdüyünü deyir. O,
Rusiyanın kəşfiyyat, Çinin isə maddi dəstək verdiyini əlavə edir.
Üstəlik, Hörmüz boğazındakı vəziyyətdən əziyyət çəkən ölkələrin
İranı deyil, məhz Vaşinqtonu ittiham edə biləcəyini vurğulayır:
"ABŞ dünyada ən böyük neft istehsalçısıdır. Körfəz
enerjisindən asılı ölkələrə təsiri isə böyükdür. Çoxları artıq
Tehranla müstəqil diplomatik kanallara əl atır".
A.İbrahim Çin və Rusiyanın bu vəziyyətdən faydalandığını qeyd edir.
Onlar ABŞ-nin Yaxın Şərqdə daha bir bahalı və mürəkkəb münaqişəyə
qarışdığını görürlər.
"Xüsusilə Çin üçün strateji imkanlar yaranır. Nəzəri baxımdan,
hətta Tayvanın blokadaya alınması belə qlobal təzyiqi kəskin dəyişə
bilər, xüsusi də Tayvanın yarımkeçirici istehsalındakı mərkəzi
rolunu nəzərə alsaq", – o vurğulayır.
Uğurlu nəticə ehtimalı varmı
Bəs, necə bir uğurlu bir nəticə əldə oluna bilər? A.İbrahimin
fikrincə, ən yaxşı ssenari danışıqlar yolu ilə əldə edilən
razılaşmadır. İran nüvə silahı ambisiyalarından əl çəkir,
beynəlxalq təftişlərə icazə verir, qarşılığında isə sanksiyalar
yüngülləşdirilir.
"Lakin bu ssenariyə getdikcə daha az ehtimal verirəm.
Tehranın mövqeyi belədir ki, hətta razılaşmaya əməl etmək davamlı
təhlükəsizlik zəmanəti verməyə bilər. Onların rəhbərliyi düşünə
bilər ki, razılaşmalara sonradan əməl olunmaya bilər, buna görə də
ABŞ və onun tərəfdaşları ilə qarşıdurma faktiki qaçılmazdır.
Bu səbəbdən belə nəticəyə gələ bilərlər ki, uzunmüddətli rasional
strategiya indi təzyiqə dözmək, sonradan isə daha güclü çəkindirici
imkanlarla ortaya çıxmaqdır… Bu isə ABŞ-nin üzləşməli olacağı əsas
problemdir", – A.İbrahim deyir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.