Pentaqonun Yaxın Şərqə minlərlə əlavə qüvvə göndərdiyi bildirilir
Pentaqon Yaxın Şərqə minlərlə əlavə hərbçi göndərir. Bunu "The Washington Post" qəzeti yazıb. Bu, Tramp administrasiyasının İranı razılaşmaya məcbur etmək üçün təzyiqi artırdığı, kövrək atəşkəs pozularsa, mümkün eskalasiyaya hazırlaşdığı bir vaxtda baş verir.

Məlumata görə, "USS George H.W.Bush" aviadaşıyıcısı ilə təxminən 6 min hərbçi, "Boxer" amfibiya-hücum qrupu ilə 4 mindən çox dəniz piyadası yola salınıb. Onlardan
əlavə regionda artıq 50 minədək ABŞ hərbçisi var.

Bununla Yaxın Şərqdə üç aviadaşıyıcı olacaq. Vaşinqton İranı iqtisadi baxımdan sıxışdırmaq, Hörmüz boğazını yenidən açmaq məqsədilə tətbiq etdiyi dəniz blokadası çərçivəsində hərbi seçimlərini genişləndirir.

Rəsmilərə görə, komandirlər zərbələri intensivləşdirməyi, quru əməliyyatlarını da nəzərdən keçirirlər.

"The Washington Post" yazır ki, təhlilçilər bu əlavə qüvvə yerləşdirmənin Tehrana təzyiqi artırmaqla yanaşı, risklər daşıdığını qeyd edirlər. Belə ki, ABŞ əlavə itkilər verə, diplomatiya iflas edərsə, regionda eskalasiya baş verər.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google