İsrail ordusu Livanın cənubunda yaşayanlara yeni təxliyə çağırışı
edib. Bu, Təl-Əvivin "Hizbullah"a zərbələri davam etdirməsi fonunda
səslənir.
Əsasən Livanın cənubuna nəzarət edən bu qruplaşmanı ABŞ terror
təşkilatı sayır, Avropa İttifaqı (Aİ) onun silahlı qanadını qara
siyahıya salıb.
İsrail Müdafiə Qüvvələri (SAXAL) aprelin 14-də bildirib ki, hava
zərbələri davam edir və qüvvələri bölgədə böyük qüvvə ilə əməliyyat
aparır.
"Buna görə də... sizi evlərinizi təcili tərk etməyə,
Zəhrani çayının şimalına doğru hərəkət etməyə
çağırırıq", – bəyanatda deyilir.
Aprelin 14-də Livan və İsrailin ABŞ-dakı səfirləri Vaşinqtonda
birbaşa danışıqlar aparıblar. İsrail ordusunun çağırışı həmin
danışıqlardan sonraya təsadüf edir.
Bu arada İsrail və "Hizbullah" arasında toqquşmalar yenidən
şiddətlənib.
Livan dövlət mediası ölkənin cənubunda İsrailin hava zərbələrindən
ölənlərin olduğunu bildirib. İsrail isə "Hizbullah" mövqelərinə
qarşı "hədəfli quru əməliyyatları" apardığını açıqlayıb.
İranın dəstəklədiyi qruplaşma İsrailin şimalına hücumlar etdiyini
bildirib, təxminən 30 mərmi qeydə alınıb, bir nəfər yaralanıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.