SEPAH-dan İran limanlarının dəniz blokadası ilə bağlı xəbərdarlıq
ABŞ İran limanlarına qarşı dəniz blokadasını davam etdirərsə, bu, atəşkəsin pozulması sayılacaq. Bu xəbərdarlıqla blokadanın başlamasından iki gün sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli komandiri çıxış edib.

İran silahlı qüvvələrini koordinasiya edən "Xatəm əl-Ənbiya" qərargahının komandiri Əli Abdullahinin bəyanatını İran mediası aprelin 15-də yayıb. Bəyanatda deyilir ki, blokada davam etsə, "İslam Respublikasının silahlı qüvvələri Fars
körfəzində, Oman körfəzində və Qırmızı dənizdə heç bir ixrac və idxala imkan verməyəcək".

Bəyanatda mümkün addımların nədən ibarət olacağı açıqlanmır.

Bu arada SEPAH-a yaxın media qurumları blokada başlayandan İran gəmilərinin və neft tankerlərinin hərəkəti davam etdirdiyini, Hörmüz boğazından keçdiyini yazır.

ABŞ hərbçiləri isə bildirirlər ki, aprelin 13-də blokada başlayandan İranın dəniz yolu ilə iqtisadi ticarətini tamamilə dayandırıblar.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google