Tramp 'Hizbullah'ı özünü yaxşı aparmağa çağırır
Aprelin 17-si gecəyarıdan Livan və İsrail arasında 10 günlük atəşkəs qüvvəyə minib. Jurnalistlər atəşkəs başlayanda güclü atəş səsləri eşidildiyini, raketlər buraxıldığını, bunun bayram xarakterli ola biləcəyini bildiriblər.

Livan dövlət mediası ölkənin cənubunda İsrailin artilleriya atəşini davam etdirdiyini xəbər verib. Bu məlumatları dərhal təsdiqləmək mümkün olmayıb. Livan ordusu İsrailin aprelin 17-si səhər saatlarında atəşkəsi bir neçə dəfə pozduğunu
iddia edib, sakinlərə cənub kəndlərinə qayıtmağa tələsməməyi tövsiyə edib.

ABŞ prezidenti Donald Tramp aprelin 16-da atəşkəsin əldə olunduğunu açıqlayıb, İsrail ilə Livan liderləri bunu təsdiqləyib.

"Artıq qətllər olmasın"
İsrailin baş naziri Binyamin Netanyahu videomüraciətində 10-günlük atəşkəsə razılaşdığını deyib. Onun sözlərinə görə, onilliklərlə davam edən münaqişədən sonra Livanla tarixi razılaşma imkanı yaranıb.

ABŞ prezidenti Donald Tramp

Tramp bildirib ki, atəşkəs Livanın cənubunda böyük ərazilərə nəzarət edən "Hizbullah" silahlı qruplaşması və siyasi partiyasını da əhatələyir. ABŞ "Hizbullah"ı terror təşkilatı hesab edir, Avropa İttifaqı isə yalnız onun silahlı qanadını qara siyahıya salıb.

Tramp atəşkəs qüvvəyə mindikdən sonra sosial şəbəkədə yazıb: "Ümid edirəm ki, "Hizbullah" bu vacib dövrdə özünü yaxşı və düzgün aparacaq. Belə etsələr, bu onlar üçün MÖHTƏŞƏM an olacaq. Artıq qətllər olmasın. Nəhayət, SÜLH olmalıdır!".

Livan bildirib ki, əlavə danışıqlara başlamazdan öncə atəşkəs olmalıdır. Beyrut "Hizbullah" silahlılarını tərksilah edəcəyinə söz verib.

Sakinlər qayıdır

AFPTV insanların "Hizbullah"ın şəhərin cənub ətrafındakı əsas dayaq nöqtəsinə qayıtdığını göstərib. Onların bəziləri İranın dəstəklədiyi hərəkatın sarı bayraqlarını dalğalandırıb, 2024-cü ildə İsrailin qətlə yetirdiyi lideri Həsən Nəsrullahın portretlərini qaldırıb.

"Hizbullah" bundan əvvəl sakinləri atəşkəsin davamlı olacağı aydınlaşanadək əraziyə qayıtmamağa çağırmışdı.

Qruplaşma həmçinin insanları bayram məqsədilə havaya atəş açmamağa səsləyib.

"Bu güllələr düşmənə yönəlməlidir, bayram məqsədilə havaya atılmamalıdır", – bəyanatda deyilir.

BMT-nin baş katibi Antonio Quterreş atəşkəsi alqışlayıb, bütün tərəfləri razılaşmaya tam əməl etməyə çağırıb.

"Baş katib İsrail və Livan arasında 10-günlük atəşkəs elanını alqışlayır, bunun gerçəkləşməsində ABŞ-nin rolunu yüksək qiymətləndirir",
– Quterreşin sözçüsü Stefan Dujarrik bildirib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google