Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibədə azı
212 min 188 rusiyalı hərbçi həlak olub.
Bu rəqəm BBC-nin rus xidməti, 'Mediazona' nəşri və könüllülər
qrupunun açıq mənbələr əsasında apardığı birgə araşdırma
nəticəsində təsdiqlənib.
Tədqiqatçıların qənaətinə görə, 2025 və 2026-cı illərdə Rusiya
ordusunun əsas itkiləri dron zərbələri nəticəsində baş verib. Hər
iki tərəfin PUA-lardan kütləvi istifadəsi "zərbə zonası"nın
(ön
xəttin) enini 500 metrdən 10-15 kilometrədək artırıb. Bu vəziyyət
hücum əməliyyatlarını və hərbçilərin rotasiyasını kəskin şəkildə
çətinləşdirib.
İtkilərin strukturunda 77 min 846 nəfərlə könüllülər qrupu yenə də
ilk sıradadır. Onları, müvafiq olaraq, statusu müəyyən edilməyən
döyüşçülər (47 min 316 nəfər), müqaviləli hərbçilər (41 min 937
nəfər), keçmiş məhkumlar (23 min 710 nəfər) və səfərbərliyə cəlb
olunanlar (18 min 479 nəfər) izləyir.
Hazırda ordu ilə müqavilə bağlayanların əksəriyyəti iri
meqapolislərin deyil, kiçik şəhər və kəndlərin payına düşür.
Tədqiqatçılar bunu kiçik yaşayış məntəqələrində sabit və
yüksəkmaaşlı iş yerlərinin qıtlığı, eləcə də yerli hakimiyyət
orqanlarının apardığı aqressiv hərbi təbliğatla
əlaqələndirirlər
Rusiyanın Ukraynadakı müharibədə real itkilərinin təsdiqlənmiş
rəqəmlərdən xeyli yüksək olduğu ehtimal edilir. Hərbi ekspertlərin
fikrincə, jurnalist və könüllülərin topladığı adbaad siyahı real
itkilərin yalnız 45-65 faizini əhatə edir.
Nə Rusiya, nə də Ukrayna tərəfi itkilərlə bağlı rəsmi statistikanı
açıqlamır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.