Fransa: Avropa Hörmüz boğazından təhlükəsiz keçidi təmin edə bilər
Belçika, Niderland və Fransa kimi Avropa ölkələri mina təmizləmə imkanlarına malikdir, bu isə Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə kömək edə bilər. Bunu Fransanın müdafiə naziri Katrin Votren aprelin 17-də bildirib.

TF1 televiziyasına müsahibəsində Votren deyib ki, gəmiləri tam müşayiət etmək imkanları var: "Bu müşayiət heç bir şəkildə aqressiv xarakter daşımır, boğazdan təhlükəsiz keçidi təmin etməyə yönəlib. Məsələ
bu gün Parisdə müzakirə olunacaq".

Aprelin 17-də Fransa və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə Parisdə 40-a yaxın ölkənin nümayəndəsi bir araya gəlir. Məqsəd Hörmüz boğazında gəmilərin hərəkətini bərpa etmək üçün çoxtərəfli, müdafiə xarakterli missiya planlaşdırmaqdır.

Fevralın 28-də müharibə başlayandan İran Hörmüzü faktiki bloklayıb. Bu isə qlobal enerji bazarlarında böyük pozuntuya səbəb olub.

Aprelin 13-dən isə ABŞ İran limanlarını və sahil ərazilərini blokadaya alaraq bu ölkə ilə dəniz ticarətini məhdudlaşdırıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google