Belçika, Niderland və Fransa kimi Avropa ölkələri mina təmizləmə
imkanlarına malikdir, bu isə Hörmüz boğazından gəmilərin təhlükəsiz
keçidinə kömək edə bilər.
Bunu Fransanın müdafiə naziri Katrin Votren aprelin 17-də
bildirib.
TF1 televiziyasına müsahibəsində Votren deyib ki, gəmiləri tam
müşayiət etmək imkanları var:
"Bu müşayiət heç bir
şəkildə aqressiv xarakter daşımır, boğazdan təhlükəsiz keçidi təmin
etməyə yönəlib. Məsələ bu gün Parisdə müzakirə
olunacaq".
Aprelin 17-də Fransa və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə
Parisdə 40-a yaxın ölkənin nümayəndəsi bir araya gəlir. Məqsəd
Hörmüz boğazında gəmilərin hərəkətini bərpa etmək üçün çoxtərəfli,
müdafiə xarakterli missiya planlaşdırmaqdır.
Fevralın 28-də müharibə başlayandan İran Hörmüzü faktiki bloklayıb.
Bu isə qlobal enerji bazarlarında böyük pozuntuya səbəb olub.
Aprelin 13-dən isə ABŞ İran limanlarını və sahil ərazilərini
blokadaya alaraq bu ölkə ilə dəniz ticarətini məhdudlaşdırıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.