“Qula” və “Batono”nun təsisçisi İvane Qoqlidze saxtalaşdırılmış
balıq konservlərinin istehsalı
və satışı ittihamı ilə saxlanıldıqdan sonra yarım milyon lari
məbləğində girov qarşılığında azadlığa buraxılıb.
Bu barədə məlumatı onun vəkili Kaxa Tsereteli “Interpressnews”a
təsdiqləyib.
“İvane Qoqlidze 8 aprel tarixində daşınmaz əmlakın
təminatı ilə yarım milyon lari məbləğində girov qarşılığında
azadlığa buraxıldı. Biz məhkəməyə müraciət etdik, çünki istintaq
faktiki olaraq başa çatmışdı, biz də sübutlarımızı təqdim etdik və
hesab edirdik ki, onun həbsdə saxlanmasına ehtiyac yoxdur. O,
günahını etiraf etməyib, sadəcə olaraq bütün sübutlar toplanmış
olduğuna görə məhkəmə bizim vəsatətimizi təmin etdi”,
– deyə vəkil bildirib.
Məlumat üçün qeyd edək ki, İvane Qoqlidzeyə Cinayət Məcəlləsinin
197-ci maddəsinin üçüncü hissəsi ilə ittiham irəli sürülüb. Bu
maddə qida məhsullarının saxtalaşdırılmasını nəzərdə tutur və bu
əməl insan həyatına və sağlamlığına təhlükə yarada bilər. Sözügedən
cinayətə görə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə
tutulur.
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, araşdırma
nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs 2025-ci ildə
dövlət tenderi əsasında bağlanmış müqavilə çərçivəsində 380 792
lari dəyərində 24 177.3 kiloqram balıq konservini Sərhəd Polisinə
və “Dövlət Qida Təchizatı” MMC-yə təhvil verib.
Qurumun açıqlamasına əsasən, bu məhsullar Gürcüstanın Daxili İşlər
və Müdafiə nazirliklərinin əməkdaşlarının qidalanması üçün nəzərdə
tutulmuşdu.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.