Təhsil proqramlarında kreditlərin sayının dəyişdirilməsi 1 sentyabr
2025-ci ildən qəbul olunmuş bakalavr pilləsi tələbələrinə şamil
ediləcək.
Müvafiq təşəbbüslə parlamentə Gürcüstanın Təhsil və Elm Nazirliyi
müraciət edib.
Məlum olduğu kimi, ötən ilin dekabrında ali təhsil sahəsində
planlaşdırılan islahat çərçivəsində “Ali təhsil haqqında” qanuna
dəyişikliklər edilib. Həmin dəyişikliklər arasında təhsil
proqramlarında kreditlərin sayı da yeni qaydada müəyyənləşdirilib.
Parlament tərəfindən
qəbul edilmiş qanuna əsasən, dəyişdirilmiş
kredit sayı 1 sentyabr 2025-ci ildən qəbul olunan bütün tələbələrə
– həm bakalavr, həm magistratura, həm də doktorantura səviyyələrinə
məcburi şəkildə tətbiq edilməlidir.
Nazirliyin açıqlamasına görə, bu tənzimləmənin praktik tətbiqi 1
sentyabr 2025-ci ildən sonra qəbul olunmuş magistrantlara
münasibətdə ali təhsil müəssisələri üçün ciddi çətinliklər
yaradır.
“Belə ki, tələbələr artıq qüvvədə olan akkreditə
olunmuş proqramlar üzrə təhsil alırlar və bu proqramlarda birinci
semestrdən etibarən tədqiqat komponentləri nəzərdə tutulub.
Tələbələr artıq birinci tədris ili üzrə 30 krediti mənimsəyiblər,
yaz semestri isə mövcud kurikulumlara uyğun planlaşdırılıb və davam
edir. Bu səbəbdən magistratura təhsil proqramlarının dəyişdirilmiş
kredit sayına uyğunlaşdırılması problem yaradır.
Doktorantura səviyyəsinə gəldikdə isə, qanuna edilən dəyişikliklər
nəticəsində kreditlərin sayı dəyişdirilməyib – proqramın müddəti
yenə də ən azı 3 il olaraq qalır. Buna görə də ümumi
formulirovkanın 1 sentyabr 2025-ci ildən qəbul olunmuş
doktorantlara şamil edilməsi hüquqi və məzmun baxımından əsaslı
deyil”, – deyə Nazirlik bildirir.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.