Yerevanda Karapetyanın məhkəməsi qarşısında qarşıdurma yaranıb
15:20 / 17.04.2026
Yerevanda işadamı Samvel Karapetyanın məhkəməsi keçirilən vaxt
polislə qarşıdurma yaranıb.
AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, işadamının
rəhbərlik etdiyi partiyanın üzvləri və tərəfdarları məhkəmə binası
qarşısına toplaşaraq onun azadlığa buraxılmasını tələb ediblər.
Polis etirazçıların bağladığı yolu açmağa çalışarkən qarşıdurma
yaranıb, saxlananlar olub.
Daxili İşlər Nazirliyi AzadlıqRadiosuna 17 nəfərin "polis
əməkdaşının qanuni tələbinə tabe olmama" maddəsi ilə həbs
olunduğunu bildirib.
Məhkəmə S.Karapetyana qarşı qətimkan tədbirini araşdırır.
"Güclü Ermənistan" partiyasının lideri S.Karapetyan hazırda ev
dustaqlığındadır, məhkəməyə polis maşınında gətirilib. O,
jurnalistlərin suallarını cavablandırmayıb, danışmaq hüququnun
olmadığını
bildirib.
Aprelin 16-da isə Karapetyanın müxalifət qrupu ilə əlaqəli olan azı
14 nəfərin saxlanıldığı açıqlanıb. Saxlanılanların hamısı
Ermənistanın cənubundakı Artaşat şəhərinin sakinləridir.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi (KAM) onların səsvermə üçün
rüşvət verib-alqıdlarını iddia edib. "Güclü Ermənistan" partiyası
bu ittihamları siyasi motivli adlandırıb.
Hüquq-mühafizə orqanı həmin şəxslərin onlayn söhbətlərinin
audioyazılarını yayımlayıb. İddia olunur ki, partiyaya bağlı və ya
onunla əlaqəli qeyri-hökumət təşkilatında çalışan "bir qrup şəxs"
səslərin satın alınması ilə məşğul olub.
"Güclü Ermənistan"ın vəkili isə audioyazılarda müzakirə olunan
maliyyə məsələlərinin yalnız əməkhaqqı ödənişləri ilə bağlı
olduğunu bildirib.
Bu həftə oxşar ittihamlarla partiyanın daha iki fəalı saxlanılsa
da, məhkəmə bir neçə saatdan sonra onları azad edib.
Karapetyanın partiyası iddia edir ki, bu cinayət işləri 7 iyunda
keçiriləcək seçkilər ərəfəsində onun namizədliyini əngəlləmək
məqsədi daşıyır.
Putinin xəbərdarlığı
60 yaşlı S.Karapetyanın Rusiya vətəndaşlığı var. Baş nazir Nikol
Paşinyanın siyasi müttəfiqləri onu Kremlin əmri ilə Ermənistan
hökumətini devirmək planı hazırlamaqda günahlandırır. Karapetyan
ötən ilin iyununda həbs olunandan sonra aktiv siyasətə qədəm
qoyub.
Rusiya prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Paşinyanla
görüşündə Yerevana rusiyapərəst müxalifət qüvvələrin seçkilərə
buraxılmaması ilə bağlı açıq xəbərdarlıq səsləndirib. Putin eyhamla
bildirib ki, bu cür qadağalar, eləcə də Yerevanın Avropa İttifaqına
doğru irəliləməsi Rusiyadan ciddi asılılığı olan Ermənistan
iqtisadiyyatı üçün ağır nəticələr doğura bilər.
"Güclü Ermənistan" seçkilərə qatılacaq əsas müxalif qüvvə sayılır.
Hərəkat indiyədək açıq-aşkar rusiyayönlü bəyanatlar verməkdən
çəkinib. Partiya aprelin 11-də Yerevanda böyük mitinq keçirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.