ABŞ prezidentinin, Donald Trampın ailəsinə məxsus The Trump
Organization Gürcüstanın paytaxtında yerli tərəfdaşlarla birlikdə
“Trump Tower” tikməyi planlaşdırır.
“Trump Tower” harada tikiləcək?
The Trump Organization-un rəsmi press-relizinə görə, 70 mərtəbəli
premium sinif göydələn Mərkəzi Parkın (keçmiş hipodrom)
yaxınlığında inşa ediləcək. Şirkət hesab edir ki, “Trump Tower
Tbilisi” bütün Gürcüstanda ən hündür bina olacaq.
Məlumata görə, bu lüks göydələn dünyanın ən böyük memarlıq
şirkətlərindən biri olan Gensler tərəfindən layihələndiriləcək və
müxtəlif funksiyaları birləşdirən dinamik, çoxfunksiyalı mərkəz
olacaq.
“Mərkəzi Park yaxınlığında yerləşməsi sayəsində ‘Trump
Tower Tbilisi’ çoxfunksiyalı və dinamik təyinatlı mərkəz olacaq,
burada lüks rezidensiyalar, premium ticarət obyektləri, dünya
səviyyəli restoranlar və yüksək həyat tərzi üçün lazım olan bütün
şərait bir araya gətiriləcək.
Ultra-lüks həyat tərzi və memarlıq mükəmməlliyi standartları ilə
tanınan Trump brendinin qlobal portfelinin bir hissəsi kimi bu
göydələn Tbilisinin beynəlxalq investisiyalar, mədəniyyət və Avropa
ilə Asiyanın kəsişməsində yüksək səviyyəli həyat mərkəzinə
çevrilməsində mühüm rol oynayacaq.
Bu, Tbilisinin qlobal premium həyat üçün yeni simvolu
olacaq”, – deyə The Trump Organization-un məlumatında
qeyd olunur.
Şirkət həmçinin bildirir ki, “Trump Tower Tbilisi” layihəsi Trump
brendinin regionda ilk layihəsidir və Tbilisinin mühüm biznes
mərkəzi kimi formalaşmasını, eləcə də Şərqi Avropa ilə Asiya
arasında beynəlxalq biznes üçün “qapı” rolunu vurğulayır. Həmçinin
şəhərin premium daşınmaz əmlak üzrə qlobal alıcılar arasında artan
populyarlığı qeyd olunur.
“Trump Tower Tbilisi”nin yerli tərəfdaşları kim
olacaq?
The Trump Organization-un icraçı vitse-prezidenti Erik Tramp
bildirib ki, şirkət Gürcüstanda qlobal reputasiyaya malik keyfiyyət
təqdim etməkdən məmnundur.
“Trump adı dünyada ən lüks daşınmaz əmlak layihələri
ilə assosiasiya olunur və Trump Tower Tbilisi bu ənənənin
davamıdır. Gürcüstana bu qlobal tanınmış keyfiyyət standartını
gətirdiyimizə görə şadıq və bu layihə üzrə belə nüfuzlu və peşəkar
developerlarla əməkdaşlıq etməkdən məmnunuq”, – deyə
Erik Tramp qeyd edib.
Qeyd edək ki, Trump Organization Gürcüstanda göydələnin tikintisini
beynəlxalq və yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində
planlaşdırır. Rəsmi məlumata görə, layihənin tərəfdaşları Biograpi
Living, Archi Group, The Sapir Organization, Blox Group və Finvest
Georgia olacaq.
Layihə ilə bağlı əlavə detallar, o cümlədən memarlıq həlləri,
dizayn və satış məlumatları yaxın aylarda açıqlanacaq.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.