Dünyanın hansı ölkələrində əhali pula daha çox qənaət edir – reytinq
Dünyanın müxtəlif ölkələrində insanların maliyyə davranışı əhəmiyyətli dərəcədə fərqlənir və bunu Visual Capitalist-in yeni məlumatları aydın göstərir. Burada ölkələr vətəndaşların nə qədər maliyyə vəsaitinə qənaət edə bilməsinə görə sıralanıb.

“Qənaət səviyyəsi” insanın gəlirinin hansı hissəsini saxladığını və gündəlik xərclərə sərf etmədiyini ifadə edir.

Visual Capitalist-in yenilənmiş reytinqində Avropa ölkələri liderdir və siyahının başında İsveç qərarlaşıb. Bu isə nəşrdə güclü sosial sistemlər, pensiya təminatı və sabit iqtisadiyyatla izah olunur.

Əhalinin ən çox qənaət etdiyi 10 ölkə
Araşdırmaya görə, əhalinin gəlirlərindən ən böyük paya (%) qənaət etdiyi ölkələr bunlardır:
  • İsveç – 16%;
  • Macarıstan – 14.3%;
  • Çexiya – 13.7%;
  • Fransa – 12.8%;
  • Avstriya – 11.7%;
  • Almaniya – 11.2%;
  • Niderland – 9.5%;
  • İspaniya – 9.2%;
  • İrlandiya – 9%;
  • Danimarka – 8.5%.
Nəşrdə qeyd olunur ki, reytinqin orta hissəsində hətta inkişaf etmiş iqtisadiyyata malik ölkələr də yer alır. Görünür ki, bu ölkələrdə də əhali qənaət etməkdən daha çox xərcləməyə üstünlük verir.

Məsələn, Visual Capitalist-in məlumatına görə, amerikalılar gəlirlərinin cəmi 4.9%-nə qənaət edirlər ki, bu da Meksika ilə müqay
isədə təxminən iki dəfə azdır. Kanadada bu göstərici 5%, Böyük Britaniyada isə 4.7%-dir.

Hansı ölkələrdə ümumiyyətlə qənaət edilmir
Bəzi ölkələrdə isə vəziyyət kritikdir və qənaət səviyyəsi mənfidir. Mənfi göstərici o deməkdir ki, insanlar qazandıqlarından daha çox xərcləyir, əvvəlki yığımlarını istifadə edir və borca girirlər.

Reytinqə görə, qənaət edə bilməyən ölkələr bunlardır:
  • Latviya – 0.0%;
  • Yeni Zelandiya – -1.3%;
  • Cənubi Afrika – -1.0%.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google