Bolqarıstanda rusiyapərəst sayılan keçmiş prezident hakimiyyətə qayıdır
Bolqarıstanda Rusiyayönümlü mövqeyi ilə tanınan keçmiş prezident Rumen Radev seçkilərdə böyük fərqlə qələbəyə yaxınlaşır. Rəsmi nəticələr artıq rəy sorğularını da üstələyir.

Səslərin 60 faizi sayılandan sonra Radevin "Proqressiv Bolqarıstan" koalisiyası 44.6 faiz toplayıb. Bu isə onun güclü azlıq hökuməti ilə təkbaşına hakimiyyət qura biləcəyini göstərir. Ancaq Radev avropayönlü bir qrupla, yaxud daha kiçik partiya ilə
koalisiya qura biləcəyini də istisna etməyib.

Avropayönlü "Dəyişikliyi davam etdiririk – Demokratik Bolqarıstan" (PP-DB) koalisiyası 14.2 faiz, keçmiş baş nazir Boyko Borisovun rəhbərlik etdiyi, uzun müddət hakimiyyətdə olmuş GERB partiyası isə 13 faiz səs yığıb.

"Bu, ümidin inamsızlıq üzərində, azadlığın qorxu üzərində və nəhayət, istəsəniz, mənəviyyatın qələbəsidir", – Radev yekun nəticələrin açıqlanmasından bir gün öncə deyib.

Keçmiş prezident avroskeptik mövqeyi ilə seçilir, Rusiyaya qarşı müharibədə Ukraynaya hərbi dəstəyə qarşı çıxır. Keçmiş hərbi pilot olan Radev parlament seçkilərində iştirak etmək üçün yanvarda prezident vəzifəsindən istefa verib. Dekabrda kütləvi etirazlar isə əvvəlki hökuməti devirmişdi.

Keçən ilin sonlarında Bolqarıstanda bir neçə iri etiraz aksiyası keçirilib. Etirazlar hökumətin 2026-cı il üçün təklif etdiyi büdcəyə narazılıqla başlayıb, sonradan genişmiqyaslı nümayişlərdə iqtisadi idarəetmə, korrupsiyanın qarşısının alınmaması tənqid olunub. Gərginlik dekabrda hökumətin istefası ilə nəticələnib.

Bolqarıstanda uzun müddətdir siyasi qeyri-sabitlik hökm sürüb. Aprelin 19-da keçirilən səsvermə ölkədə son beş ilin səkkizinci parlament seçkisi idi.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google