İnvestorların Avropa müdafiə şirkətlərinin səhmlərinə marağı
azalıb.
İran münaqişəsi ucuz dronların müasir müharibədəki effektivliyini
önə çıxarıb.
Avropa Aerokosmik və Müdafiə İndeksi (.MIEUMAD00PUS) martda 9.2
faiz geriləyib. "Reuters" bunun son beş ildə ən böyük aylıq düşüş
olduğunu yazır.
Agentlik qeyd edir ki, adətən müharibə başlayanda müdafiə
sektorunun səhmləri kəskin yüksəlir. Həm 2022-ci ildə Rusiyanın
Ukraynaya genişmiqyaslı hücumu zamanı,
həm də ABŞ prezidenti Donald
Trampın NATO müttəfiqlərini hərbi xərcləri artırmağa çağırdığı
dövrdə bu tendensiya müşahidə olunmuşdu.
İtkinin miqyası
Di gəl, fevralın 28-də İran münaqişəsi başlayanda mənzərə tamamilə
fərqli oldu.
"Maliyyə institutları və fərdi investorlar artan
qeyri-müəyyənlik fonunda riskləri azaltmaq üçün mövqelərində xeyli
dəyişiklik ediblər", – "Principal Asset Management"
şirkətinin portfel meneceri Martin Frandsen deyib.
Çexiyanın silah istehsalçısı CSG-nin səhmləri münaqişə başlayandan
bəri dəyərinin 1/3-ni itirib. Almaniyanın 'Rheinmetall' və 'Renk'
şirkətlərinin səhmlərində 10 faiz, İsveçin 'Saab' şirkətində isə 12
faiz ucuzlaşma qeydə alınıb.
Müqayisə üçün, Kreml Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan
sonra Avropanın müdafiə şirkətlərinin səhmlərində 450 faizdən çox
artım müşahidə olunmuşdu. Həmin dövrdə müdafiə sektorunu izləyən
MIEU00000PUS indeksi isə təxminən 40 faiz yüksəlmişdi.
Dronlara maraq
İndiki düşüşün səbəblərinə gəlincə, İran müharibəsindən sonra
enerjinin kəskin bahalanması, təchizat zəncirindəki pozuntular
göstərilir.
İran müharibəsi eyni zamanda müasir müharibənin yüksək xərclərini
də üzə çıxarıb. Körfəz ölkələri yüzlərlə ABŞ istehsalı "Patriot"
raketlərindən istifadə edib ki, hər birinin qiyməti təxminən 4
milyon dollardır. Bu isə diqqəti Ukrayna müharibəsində
populyarlaşan daha ucuz hərbi həllərə — dronlara və antidron
sistemlərinə yönəldib.
Artıq Avropa müdafiə şirkətləri bu sahəyə böyük investisiyalar
qoyur. Məsələn, Rheinmetall ötən il ABŞ-nin "Anduril" şirkəti ilə
"Barracuda" və "Fury" dronlarının Avropa versiyalarını birgə
hazırlamaq barədə razılaşma əldə edib. "Rheinmetall" tanklar,
sursat, havadan müdafiə sistemləri istehsal edir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.