Marneulidə baş verən bıçaqlanma faktı üzrə bir nəfər saxlanılıb
Marneuli bələdiyyəsində bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 2001-ci il təvəllüdlü A.İ.-ni saxlayıblar.

İstintaq nəticəsində aydın olub ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsi ərazisində mübahisə zəminində soyuq silahdan istifadə edərək həmkəndlisi, 1998-ci il təvəllüdlü İ.K.-ya bədən xəsarəti yetirib və hadisə
yerindən qaçıb.

Yaralı kişi müvafiq tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində A.İ. hadisədən qısa müddət sonra şübhəli şəxs qismində yaxalanıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (sağlamlığa qəsdən ağır zərər vurma) ilə araşdırma aparılır. Həmin maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google