İran: Heyət üzvlərinin ailələri gəmidə olduğu üçün müdaxilə etmədik
İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-nin Oman dənizində İran gəmisini ələ keçirməsinə münasibət bildirib. Qərargahın məlumatına görə, heyət üzvlərindən bəzilərinin ailə üzvləri gəmidə olduğu üçün İran tərəfi hərbi reaksiya verməkdən yayınıb.

ABŞ bu iddianı təsdiqləməyib.

Aprelin 19-da ABŞ Hərbi Dəniz Qüvvələri Oman dənizində "Touska" adlı yük gəmisini nəzarətə götürüb.

Qərargah sözçüsü ABŞ qüvvələri ilə
"həlledici" qarşıdurmaya hazırlıq getdiyini vurğulayıb. Onun sözlərinə görə, ailələrin və gəminin heyətinin təhlükəsizliyi təmin olunduqdan sonra gərəkən addım atılacaq.

İran tərəfi baş verənləri "dəniz quldurluğu və silahlı təcavüz" kimi qiymətləndirib.

ABŞ prezidenti Donald Tramp və Pentaqon rəsmiləri bildirib ki, "Touska" blokadadan yayınmağa çalışıb və xəbərdarlıqlara məhəl qoymayıb. Nəticədə mühərrik bölməsinə atəş açılmaqla dayandırılıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google