2026-cı ilin mart ayında sənaye məhsulları istehsalçılarının qiymət
indeksi əvvəlki ayla müqayisədə 1.5 faiz artıb,
ötən ilin eyni ayı ilə müqayisədə isə indeksdə 6.5 faizlik artım
qeydə alınıb – bu barədə Sakstat məlumatlarında bildirilir.
Sakstatın məlumatına görə, 2026-cı ilin fevral ayı ilə müqayisədə
qiymətlər dağ-mədən sənayesi və karxanaların işlənməsi qrupunda 0.1
faiz azalıb ki, bu
da ümumi indeksin dəyişməsinə -0.01 faiz bəndi
təsir edib. Eyni dövrdə emal sənayesi məhsulları qrupunda qiymətlər
1.8 faiz artıb və bu, ümumi indeksin dəyişməsinə 1.43 faiz bəndi
təsir göstərib. Qrup daxilində xüsusilə içkilərin (4.7 faiz) və
koks və neft emalı məhsullarının (27.1 faiz) bahalaşması diqqət
çəkir. Bundan əlavə, elektrik enerjisi, qaz, buxar və kondisioner
hava qrupunda qiymətlər 0.8 faiz artıb ki, bunun da aylıq indeksə
təsiri 0.08 faiz bəndi olub.
12 aylıq dövrdə indeksin formalaşmasına əsas təsir aşağıdakı məhsul
qruplarında qiymət dəyişiklikləri göstərib:
Dağ-mədən sənayesi və karxanaların işlənməsi:
qiymətlər 33.0 faiz artıb və bu, ümumi indeksə 2.11 faiz bəndi
təsir edib. Bu qrupda metal filizlərinin qiyməti 42.8 faiz
artıb;
Emal sənayesi məhsulları: qiymətlər 5.0 faiz artıb
və bu, ümumi indeksin artımına 4.03 faiz bəndi təsir edib.
Qiymətlər qida məhsullarında (7.8 faiz) və içkilərdə (6.2 faiz)
artıb;
Elektrik enerjisi, qaz, buxar və kondisioner hava:
qiymətlər 2.0 faiz artıb və bu, illik indeksə 0.22 faiz bəndi təsir
edib;
Su təchizatı, kanalizasiya, tullantıların idarə olunması və
rekultivasiya xidmətləri: qiymətlər 5.5 faiz artıb və bu,
ümumi indeksə 0.17 faiz bəndi təsir edib.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.