Dövlət mülkiyyətinə keçirilmiş malların idxalı aksiz vergisindən azad ediləcək
Dövlət mülkiyyətinə keçirilmiş malların idxalı aksiz vergisindən azad ediləcək.

“Vergi Məcəlləsi”nə dəyişikliklər “Gürcü Arzusu” deputatları tərəfindən hazırlanıb və artıq parlamentdə təşəbbüs kimi irəli sürülüb.

Mövcud vergi qanunvericiliyinə əsasən, dövlət mülkiyyətinə keçirilmiş əmlakın idxalı əlavə dəyər vergisi və idxal rüsumundan azaddır. Lakin eyni güzəşt aksiz vergisinə şamil edilmir — yəni dövlət mülkiyyətinə keçirilmiş malların idxalı aksiz vergisindən azad
olunmur.

Layihə müəlliflərinin izahına görə, bu hal praktiki və sistemli problemlər yaradır, xüsusilə aksizli mallar, o cümlədən minik avtomobilləri ilə bağlı.

“Baxmayaraq ki, əmlak artıq dövlətin mülkiyyətindədir, onun idxalı zamanı dövlət aksiz vergisini ödəmək məcburiyyətində qalır.

Bu isə vergi sisteminin ardıcıllığını və neytrallığını pozur. Dövlət öz aktivinə görə əlavə vergi öhdəliyi daşımalı olur ki, bunun iqtisadi məntiqi yoxdur və əlavə maliyyə və inzibati resursların cəlb olunmasını tələb edir”,
— deyə qanun layihəsinin izahatında qeyd olunur.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google