Abaşa, Qori, Tskaltubo və Qardabanidə qanunsuz quş kəsimi məntəqələri aşkar edilib

Milli Qida Agentliyi tərəfindən son dövrlərdə aparılan yoxlamalar nəticəsində Sameqrelo, Şida Kartli, İmereti və Kvemo Kartli bölgələrində qanun pozuntuları faktları qeydə alınıb.


Sameqrelo Departamentinin müfəttişləri tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, Abaşa rayonunun Pirveli Maisi kəndində fiziki şəxs N.S. agentlik tərəfindən verilən icbari tanınma və baytarlıq nəzarəti olmadan fəaliyyət göstərib.

Qanunsuz kəsim məntəqələri Qoridə, xüsusilə

Karaleti kəndində də aşkar olunub. Burada fərdi sahibkarlar E.B. və A.M. iqtisadi fəaliyyət reyestrində qeydiyyatdan keçmədən fəaliyyət göstəriblər. Sözügedən obyektlərdə kritik uyğunsuzluqlar aşkar edildiyi üçün baytarlıq nəzarəti olmadan, texnoloji proses və sanitar-gigiyenik normaların pozulması ilə kəsilmiş quş əti möhürlənərək satışdan çıxarılıb.

Analoji faktlar Tskaltubo və Qardabanidə də qeydə alınıb. Qequti və Sartitçala kəndlərində fiziki şəxslər İ.Z. və T.Ş. müvafiq tanınma və baytarlıq nəzarəti olmadan fəaliyyət göstəriblər ki, orada da kritik uyğunsuzluqlar müəyyən edilib. Aşkar olunmuş qayda pozuntularına görə bütün sahibkarlar qanunvericiliyə uyğun olaraq cərimələnib və istehsalat prosesi dayandırılıb. 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google