Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının nəzərinə
5, 6 və 7 iyun 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində səyyar ASAN xidmət vasitəsilə Azərbaycan vətəndaşları üçün bir sıra xidmətlər göstəriləcək.

Xidmətlərə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, həmçinin məhkumluq barədə arayışların verilməsi daxildir.

Müraciətlər yalnız Elektron Növbə Portalı (appointment.mfa.gov.az/az) vasitəsilə növbə götürməklə həyata keçiriləcək.

Qeyd edilir ki, xidmətlərdən yararlanmaq üçün tələb
olunan sənədlərin tam təqdim olunması vacibdir. Hər hansı sənəd çatışmadığı halda xidmət göstərilməyəcək.


Bildirilir ki, növbə götürmək üçün vətəndaşlar appointment.mfa.gov.az/az saytına daxil olaraq Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyini seçməli, daha sonra 5, 6 və 7 iyun tarixlərinə uyğun xidmət növünü – şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və ya məhkumluq arayışı xidmətini seçməlidirlər.

Səfirlikdən həmçinin xahiş olunur ki, vətəndaşlar öz növbə vaxtlarından 15 dəqiqə əvvəl Səfirlikdə olsunlar.

Səfirliyin ünvanı: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google