Bakıda keçirilən “Caspian Agro 2026” sərgisində Gürcüstanın pavilyonunu İlham Əliyev ziyarət edib
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Davit Songulaşvili rəsmi səfərlə Bakı şəhərində olub. O, beynəlxalq Caspian Agro 2026 sərgisinin və qida sənayesinə həsr olunmuş 31-ci beynəlxalq sərginin açılış mərasimində iştirak edib.

Sərgini açılış nitqi ilə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov açıb.

Açılışdan sonra Davit Songulaşvili, nazirliyin dəstəyi və Kənd İnkişafı Agentliyinin təşkilatçılığı ilə
yaradılmış Gürcüstan pavilyonunda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb və ona ev sahibliyi edib.

Nazirin sözlərinə görə, “Caspian Agro” regionun ən iri aqrar-sənaye sərgilərindən biridir və Gürcüstanın burada iştirakı ölkənin beynəlxalq mövqeyinin gücləndirilməsi, ixracın genişləndirilməsi və yerli məhsulların tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. O, bildirib ki, Azərbaycan Prezidentinin Gürcüstan pavilyonuna səfəri bu iştirakın əhəmiyyətini bir daha vurğulayır.

Songulaşvili əlavə edib ki, əvvəlki illərdə sərgidə iştirak edən şirkətlər artıq müxtəlif müqavilələr bağlayıblar ki, bu da ixracın artmasına və iqtisadi inkişafın güclənməsinə töhfə verir.

Onun sözlərinə görə, bu cür beynəlxalq sərgilər Gürcüstan məhsullarının tanıdılması, ticarət əlaqələrinin genişləndirilməsi və iki ölkə arasında aqrar məhsulların idxal-ixrac həcminin artırılması üçün geniş imkanlar yaradır.

Gürcüstan pavilyonunda “Bioplanti”, “Hobi”, “Vasadzis puri”, “Parkoni”, “Geonaturalsi”, “Açinebuli”, “Çelti” və “Vinitory Mukuzani” kimi şirkətlərin məhsulları nümayiş olunur. Burada şərab, təbii şirələr, qənnadı və konserv məhsulları, bal, ədviyyatlar və üzvi gübrələr təqdim edilir.

Sərgi 5 may tarixində başlayıb və 7 mayda başa çatacaq. Bu il tədbirdə dünyanın 20-dən çox ölkəsi iştirak edir.

Tədbirdə nazir Davit Songulaşvili ilə yanaşı, Azərbaycanın Gürcüstandakı müvəqqəti işlər vəkili Maya Tabaqari, nazir müavini Laşa Dolidze, Kənd İnkişafı Agentliyinin direktoru Zurab Qozalişvili və Milli Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qiorqi Yakobaşvili də iştirak ediblər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google