Bakıda Gürcüstan–Azərbaycan kənd təsərrüfatı əməkdaşlığı ilə bağlı görüş keçirilib
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Davit Songulaşvili rəsmi səfər çərçivəsində Bakı şəhərində Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov ilə görüşüb.

Görüşdə tərəflər Gürcüstan və Azərbaycan arasında kənd təsərrüfatı və aqrar-sənaye sahəsində mövcud əməkdaşlıq vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Tərəflər yüksək səviyyəli siyasi dialoqun və mövcud işçi formatların tərəfdaşlığın dərinləşdirilməsi üçün möhkəm əsas yaratdığını qeyd ediblər. Xüsusilə institusional çərçivəyə — 2022-ci ildə imzalanmış qarşılıqlı anlaşma memorandumuna və 2025-ci ildə yaradılmış birgə işçi qrupuna diqqət yetirilib. Bu mexanizm sektorlararası koordinasiya və praktiki əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Davit Songulaşvilinin sözlərinə görə, görüşdə aqrar-sənaye sahəsində müasir yanaşmaların tətbiqi, dəyər zəncirlərinin inkişafı və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. O, bildirib ki, iki ölkə arasında aqrar ticarət sabit şəkildə artır və onun daha da genişləndirilməsi üçün mühüm potensial mövcuddur.

Görüşdə
qeyd olunub ki, 2025-ci ildə Gürcüstandan Azərbaycana 207.6 milyon ABŞ dolları dəyərində aqrar-sənaye məhsulları ixrac edilib ki, bu da 2024-cü illə müqayisədə 19% artım deməkdir. Eyni dövrdə Azərbaycandan Gürcüstana idxal 98.9 milyon ABŞ dolları təşkil edib və 36% artıb. Azərbaycanın payı Gürcüstanın aqrar ixracında 11%, idxalında isə 4% olub.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, iki ölkə arasındakı münasibətlər dostluq və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Onun sözlərinə görə, kənd təsərrüfatı, elm, tədqiqatlar və sərhəd xəstəliklərinə qarşı birgə mübarizə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur. Xüsusilə şərabçılıq sahəsinə diqqət yetirilib, qeyd olunub ki, gürcü şərabı Azərbaycanda mühüm mövqeyə malikdir.

Görüşdə həmçinin nazir müavini Laşa Dolidze, Beynəlxalq Əlaqələr və Avrointeqrasiya Departamentinin rəhbəri David Çitaişvili, Kənd İnkişafı Agentliyinin direktoru Zurab Qozalişvili, Milli Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qiorqi Yakobaşvili və Azərbaycanın Gürcüstandakı müvəqqəti işlər vəkili Maya Tabaqari iştirak ediblər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google