Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri
Davit Songulaşvili rəsmi səfər çərçivəsində
Bakı şəhərində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri
Raşad İsmayılov ilə görüş keçirib.
Davit Songulaşvili Azərbaycan tərəfinə göstərilən qonaqpərvərliyə
görə təşəkkür edib və bildirib ki, ətraf mühitin mühafizəsi
sahəsində iki ölkə arasında əməkdaşlıq mühüm istiqamətdir və onun
daha da gücləndirilməsi üçün potensial mövcuddur.
Onun sözlərinə görə, su resurslarının idarə olunması,
biomüxtəlifliyin qorunması və iqlim risklərinə birgə reaksiya
məsələlərinə xüsusi diqqət yetirilməlidir ki, ətraf mühit
siyasətinin effektivliyi artırılsın.
Görüşdə həmçinin Bakıda keçirilən COP 2024 iqlim konfransı müzakirə
olunub və qeyd edilib ki, bu tədbir qlobal iqlim siyasətinin
gücləndirilməsi, o cümlədən maliyyələşmə və adaptasiya
mexanizmlərinin inkişafı baxımından mühüm addım olub.
Azərbaycan tərəfi biomüxtəliflik və qorunan ərazilərin idarə
olunması sahəsində əməkdaşlığa diqqət çəkib, o cümlədən memorandum
çərçivəsində həyata keçirilən birgə layihələri qeyd edib. Xüsusilə
Vashlovani Qoruğunda ceyranların bərpası layihəsi uğurlu əməkdaşlıq
nümunəsi kimi vurğulanıb.
Görüşdə Laşa Dolidze, Beynəlxalq Əlaqələr və Avrointeqrasiya
Departamentinin rəhbəri David Çitaişvili, Kənd İnkişafı
Agentliyinin direktoru Zurab Qozalişvili, Milli Qida Təhlükəsizliyi
Agentliyinin rəhbəri Qiorqi Yakobaşvili və Azərbaycanın
Gürcüstandakı müvəqqəti işlər vəkili Maya Tabagari iştirak
ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.