2025-ci ildə Milli Bank tərəfindən çirkli pulların yuyulmasına görə 9,6 milyon lariyə qədər cərimə tətbiq edilib

Milli Bankın 2025-ci il üzrə fəaliyyət hesabatına əsasən, ötən il çirkli pulların yuyulmasına görə ümumilikdə 9,6 milyon lariyə yaxın cərimə tətbiq edilib.



Hesabatda qeyd olunur ki, tətbiq edilən cərimələrin 82%-i valyuta mübadiləsi məntəqələrinin payına düşür.

“Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması haqqında qanunvericiliyə uyğunluğun yoxlanılması məqsədilə, 2025-ci il ərzində maliyyə sektorunun 50 nümayəndəsi təftiş
edilib. Bununla yanaşı, beynəlxalq sanksiyalara əməl olunması prosesinə xüsusi diqqət yetirilib. İl ərzində sözügedən qanunvericiliyin pozulmasına görə kəsilən pul cərimələrinin ümumi məbləği 9 588 950 lari təşkil edib”,
— deyə sənəddə bildirilir.

Maliyyə institutları üzrə cərimələrin bölüşdürülməsi aşağıdakı kimidir:

  • Valyuta mübadiləsi məntəqələri: 7 867 150 lari;
  • Borc verən subyektlər: 497 000 lari;
  • Virtual aktiv xidmət təminatçıları (Kripto): 470 000 lari;
  • Kommersiya bankları: 330 000 lari;
  • Mikromaliyyə təşkilatları: 287 200 lari;
  • Broker şirkətləri: 71 600 lari;
  • Ödəniş xidməti provayderləri: 60 000 lari;
  • İnvestisiya fondları: 4 000 lari;
  • Aktivlərin idarə edilməsi şirkətləri: 2 000 lari.

 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google