2026-cı ilin aprel ayında qanunsuz meşə istifadəsi üzrə 156 fakt aşkarlanıb
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin məlumatına görə, 2026-cı il 1–30 aprel tarixləri ərzində ölkə üzrə qanunsuz meşə istifadəsinin 156 faktı müəyyən edilib.

Departamentin bildirdiyinə görə, qeydə alınan hüquqpozmalardan 125 hal ağacların qanunsuz kəsilməsi və daşınması ilə bağlıdır, 31 fakt isə mişar sexləri tərəfindən texniki qaydaların pozulması və qeyri-qanuni fəaliyyətlə əlaqəlidir.
Eyni dövrdə 19 hadisə cinayət tərkibli hesab edilib və materiallar istintaq orqanlarına göndərilib.

Aprel ayında həmçinin 1 qeydiyyatsız mişar sexi möhürlənib, ümumilikdə isə 254 kubmetrdən çox qanunsuz əldə edilmiş taxta-şalban müsadirə olunub.

Regionlar üzrə ən çox fakt Acarıstanda qeydə alınıb — 48 hal. Daha sonra Sameqrelo–Yuxarı Svaneti (36), Kaxeti (24), İmereti (19), Samtsxe-Cavaxeti (8), Kvemo Kartli (7), Quria (5), Raça-Leçxumi–Aşağı Svaneti (3), Şida Kartli (3) və Mtsxeta-Mtianeti (2) gəlir. Tbilisidə isə ağac materialının qanunsuz daşınması üzrə 1 fakt qeydə alınıb.

Departament bildirir ki, təbii resursların qorunması və meşələrdən qanunsuz istifadənin qarşısının alınması prioritet olaraq qalır. Ekipajlar ölkə üzrə 24 saatlıq rejimdə patrul xidmətini həyata keçirir, nazirliyin 153 qaynar xəttinə daxil olan müraciətlərə isə dərhal reaksiya verilir.

Cari ilin ilk dörd ayında artıq 651 qanunsuz meşə istifadəsi faktı aşkarlanıb, 20 qeyri-qanuni mişar sexi isə möhürlənib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google