Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri
David Sonqulaşvili Azərbaycanın paytaxtı
Bakıda rəsmi səfər çərçivəsində Özbəkistanın kənd təsərrüfatı
naziri İbrohim Abduraxmanov ilə görüş keçirib.
Görüşdə Gürcüstan və Özbəkistan arasında kənd təsərrüfatı sahəsində
mövcud əməkdaşlıq və onun inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər qeyd ediblər ki, bu sahədə tərəfdaşlığın genişləndirilməsi
üçün ciddi potensial mövcuddur.
Xüsusi olaraq Gürcüstanın
Kənd Təsərrüfatı Elmi-Tədqiqat Mərkəzi
ilə Özbəkistanın Kənd Təsərrüfatı Bilik və İnnovasiya Milli Mərkəzi
arasında imzalanmış memorandumun əhəmiyyəti vurğulanıb. Bu sənəd
xüsusilə üzümçülük və şərabçılıq sahəsində əməkdaşlığın
genişləndirilməsini və təcrübə mübadiləsini nəzərdə tutur.
David Sonqulaşvilinin sözlərinə görə, Gürcüstanın çoxəsrlik
şərabçılıq ənənəsi beynəlxalq əməkdaşlıq üçün möhkəm baza yaradır,
Özbəkistanda bu sahənin inkişafı isə yeni imkanlar açır. O bildirib
ki, üzüm sortlarının təkmilləşdirilməsi və müasir texnologiyaların
tətbiqi hər iki tərəf üçün faydalı olacaq.
Görüşdə aqrar-sənaye ticarətinin artan dinamikası və gələcəkdə onun
genişləndirilməsi imkanları da müzakirə olunub. Özbəkistan tərəfi
ticarətin artmasına baxmayaraq, məhsul mübadiləsi, elmi
araşdırmalar və innovasiya sahələrində əlavə potensialın olduğunu
qeyd edib.
Eyni zamanda çayçılıq, sitrus meyvələri, balıqçılıq və akvakultura
sahələrində əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinə
xüsusi diqqət yetirilib.
Görüşdə Gürcüstan nümayəndə heyətinin üzvləri — nazir müavini Laşa
Dolidze, Beynəlxalq Əlaqələr və Avrointeqrasiya Departamentinin
rəhbəri Davit Çiçitaşvili, Kənd İnkişafı Agentliyinin direktoru
Zurab Qozalişvili və Milli Qida Agentliyinin rəhbəri Qiorqi
Yakobaşvili də iştirak ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.