2 ildən sonra ilk dəfə, Gürcüstan Mərkəzi Bankı yenidən maliyyələşdirmə faizini 8.25%-ə qaldırıb

Gürcüstan Milli Bankı 6 may tarixində monetar siyasət (yenidən maliyyələşdirmə) faiz dərəcəsini 0.25 faiz bəndi artırıb – faiz dərəcəsi bu gündən etibarən 8.25% təşkil edir.


Faiz dərəcəsi son iki il ərzində – 2024-cü il 22 may tarixindən indiyədək – 8% idi. Yeni qərar Monetar Siyasət Komitəsinin iclasından sonra açıqlanıb.

Faizin 2024-cü ildə 8%-ə endirilməsi Mərkəzi Bank tərəfindən aşağı inflyasiya və sabit lari məzənnəsi ilə izah olunurdu, hazırkı artım isə Yaxın Şərqdə mövcud geosiyasi vəziyyətlə əlaqələndirilir.

“Geosiyasi vəziyyət”
Milli Bank qərarın elan olunması zamanı qlobal inflyasiya şokuna diqqət çəkir:
“Yaxın Şərqdə gərginləşmiş geosiyasi vəziyyət və Hörmüz boğazı vasitəsilə daşımaların ciddi şəkildə gecikməsinin uzanması qlobal miqyasda yeni təchizat mənşəli inflyasiya şoku yaratdı”, – deyə pres-relizdə bildirilir.

Əsaslandırma belədir:
• “Beynəlxalq bazarlarda xam enerji resurslarının qiymətinin kəskin artması artıq qlobal inflyasiyanın yüksəlməsinə təsir edib.
• Eyni zamanda, geosiyasi durum beynəlxalq daşımaları çətinləşdirir və təchizat zəncirlərinin pozulması risklərini artırır.
• Bu isə öz növbəsində istehsal xərclərinin bahalaşmasına səbəb olur və əlavə inflyasiya mənbəyinə çevrilə bilər.”

İnflyasiya da artıb
Milli Bank bildirir ki, neft qiymətlərindəki artımın birbaşa təsiri artıq Gürcüstan bazarında yanacaq qiymətlərində özünü göstərib.

“Qeyd olunan təchizat şoklarının birbaşa və dolayısı təsirlərinin birgə nəticəsi olaraq, apreldə ümumi inflyasiya hədəflənmiş 3%-lik səviyyədən kənara çıxaraq 5.9% təşkil edib”, – qurum yazır.

“Eyni zamanda, uzunmüddətli inflyasiya proseslərini və inflyasiya gözləntilərini daha yaxşı əks etdirən daha ‘sərt’ qiymət indeksləri son dövrdə sürətlənib ki, bu da ikinci dövrə təsirlərin (second-round effects) riskini daha diqqətəlayiq edib”,
Mərkəzi Bank hesab edir.
“Bununla belə, artıma baxmayaraq indekslər hədəfə yaxın səviyyədə qalır. Belə ki, əsas inflyasiya (ərzaq, enerji daşıyıcıları və tütün istisna olmaqla) apreldə 3.2%, xidmət sektorunda inflyasiya isə 3.7% olub”, – məlumatda qeyd edilir.

“Müharibə ikinci rübdə başa çatacaq” ehtimalı?
Milli Bankın 6 may tarixli açıqlamasında bildirilir ki, onun yenilənmiş “mərkəzi ssenarisi” Yaxın Şərqdəki müharibənin ikinci rübdə başa çatmasını nəzərdə tutur – yəni, 2026-cı ilin iyununa qədər.

“Lakin bu fərziyyə şərtidir və yüksək qeyri-müəyyənliklə xarakterizə olunur”, – deyə Mərkəzi Bank bildirir.
“Hətta geosiyasi gərginliyin həmin dövrdə azaldığı halda belə, qlobal təchizat güclərinin bərpasının müddəti əlavə qeyri-müəyyənlik yaradır”, – pres-relizdə vurğulanır.

Gələcəkdə nə baş verəcək?
Milli Bankın açıqlamasına əsasən:
• Əgər yüksək inflyasiya riski davam etsə, monetar siyasətin sərtləşdirilməsi – yəni yenidən maliyyələşdirmə faizinin daha da artırılması – ehtimal olunur;
• Lakin inflyasiya artmazsa, “daha sürətli normallaşma imkanı” yarana bilər.

Yenidən maliyyələşdirmə faizinin artırılması nə deməkdir?
Yenidən maliyyələşdirmə faizi Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditlər üçün müəyyən etdiyi faiz dərəcəsidir.

Bu səbəbdən:
• faiz endiriləndə lari ilə verilən kreditlər ucuzlaşır,
• faiz artırılanda isə bahalaşır.

Lakin faiz dəyişikliyinin iqtisadiyyata təsiri təxminən 1–1.5 ildən sonra hiss olunur.

Mərkəzi Bank yenidən maliyyələşdirmə faizini artırdıqda, ölkədə kreditlər bahalaşır və nəticədə kreditə tələbat azalır.

Kredit tələbinin azalması isə inflyasiyanın aşağı düşməsinə kömək edir.

Gürcüstanda monetar siyasət hədəflənmiş inflyasiya rejiminə uyğun həyata keçirilməlidir, lakin bu, həmişə tam olaraq belə olmur.

2018-ci ildən bəri bankın inflyasiya hədəfi 3%-dir. Bu o deməkdir ki, Mərkəzi Bank monetar siyasəti elə qurmalıdır ki, inflyasiya bu hədəfə yaxın olsun.

• Mərkəzi Bank yenidən maliyyələşdirmə faizini 2022-ci ilin martında 11%-ə qaldırdı və bir il boyunca bu səviyyədə saxladı.
• Bu faiz göstəricisi tarixi olaraq yüksək idi.
• 2023-cü ilin mayından etibarən Mərkəzi Bank dərəcəni mərhələli şəkildə azaltmağa başladı – əvvəl 0.5 faiz bəndi, sonra 0.25 faiz bəndi və 2024-cü ilin mayında dərəcə 8%-ə endi.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google