Daxili İşlər Nazirliyinin Mərkəzi Krimnal Polis Departamenti və
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin
əməkdaşları tərəfindən keçirilmiş istintaq tədbirləri nəticəsində
növbəti beynəlxalq narkotrafik faktı aşkar edilib.
Hüquq-mühafizə orqanları tərəfindən külli miqdarda — 103 kiloqrama
yaxın “metamfetamin” narkotik vasitəsi müsadirə olunub ki, bunun da
qara bazarda təxmini dəyəri 30 milyon lari təşkil edir. Külli
miqdarda narkotik vasitənin
qanunsuz satınalınması, saxlanılması və
Gürcüstana qanunsuz gətirilməsi faktı ilə bağlı bir nəfər
saxlanılıb.
"İstintaqla müəyyən edilib ki, şirkətlərdən birinə
məxsus olan və kaustik soda ilə yüklənmiş yük avtomobili Gürcüstana
qonşu ölkədən daxil olub və üçüncü ölkəyə keçməli
idi", — deyə DİN-in bəyanatında bildirilir.
Hüquq-mühafizə orqanları yükə ətraflı baxış keçirən zaman torbalara
paylanılmış külli miqdarda narkotik vasitə aşkar ediblər.
Hazırda bu işdə əli olan digər şəxslərin müəyyən edilməsi və
onların cinayət məsuliyyətinə cəlb olunması məqsədilə intensiv
rejimdə kompleks tədbirlər davam etdirilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 262-ci
maddələri ilə istintaq aparılır. Bu maddələr cəza növü olaraq 20
ilə qədər və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
Daxili İşlər Nazirliyinin bəyanatına görə, narkotik cinayətlərinə
qarşı mübarizə qurumun əsas prioritetlərindən biri olaraq
qalır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.