Rusiyanın Venesiya Biennalesində iştirakı Avropa İttifaqının (Aİ)
sanksiyalarının pozulması kimi qiymətləndirilə bilər.
"The Financial Times" qəzetinin əldə etdiyi məktublara görə, Avropa
Komissiyası bu barədə İtaliyanın baş naziri Corca Meloni hökumətinə
xəbərdarlıq göndərib. Söhbət Kremlə "xidmət göstərilməsi" ilə bağlı
qadağanın pozulmasından gedir. Belə ki, Rusiya pavilyonunun sahibi
Vladimir Putinin hökumətidir.
Avropa Komissiyasının mədəniyyət agentliyi tədbir təşkilatçılarına
ünvanladığı məktubda
yazıb:
"Biennale Aİ sanksiyalarına
riayət etməməklə Avropa İttifaqının təməl dəyərlərinə sadiqlik
öhdəliyini şübhə altına alır".
Kiyevin mövqeyi
Moskva 2022-ci ildə Ukraynaya qarşı başlatdığı tammiqyaslı
müharibədən sonra ilk dəfədir ki, bu mötəbər mədəniyyət tədbirinə
qatılır. Kiyev bildirib ki, sözügedən beynəlxalq tədbir
"Rusiyanın hər gün Ukrayna xalqına və mədəni irsinə
qarşı törətdiyi hərbi cinayətlərin ört-basdır edilməsi üçün məkana
çevrilməməlidir".
FT yazır ki, Brüssel tədbir təşkilatçıları ilə Rusiya hökuməti
arasındakı razılaşmaların izahatını tələb edərək 30 gün vaxt qoyub.
Qəzet Meloninin hökumətindən cavab ala bilməyib. Biennale
rəhbərliyi isə mayın 5-də bildirib ki, bütün milli və beynəlxalq
hüquqi normaları yoxlayıb və onlara əməl edir.
Hələ martda Avropa Komissiyası Rusiyanın tədbirdə iştirakına icazə
verilməsini kəskin şəkildə qınamış və biennaleyə ayrılan üçillik 2
milyon dollarlıq qrantı kəsməklə hədələmişdi.
Lavrovun qızının şirkəti
Qəzetin məlumatına görə, Rusiya pavilyonunu "Smart Art" şirkəti
idarə edir. Şirkətin həmtəsisçiləri Yekaterina Vinokurova və
Anastasiya Karneyevadır. Karneyeva "Rostex" dövlət müdafiə
konserninin direktor müavininin, istefada olan generalın qızıdır.
Vinokurova isə Rusiya xarici işlər naziri Sergey Lavrovun
qızıdır.
Aİ-nin təzyiqlərini yumşaltmaq məqsədilə biennale belə bir qərar
verib ki, Rusiya pavilyonu yalnız xüsusi dəvətli qonaqlar üçün
nəzərdə tutulan önbaxış və vernisaj günlərində -cümə gününə qədər
açıq olsun. Şənbə günü – mayın 9-da tədbir geniş ictimaiyyət üçün
rəsmən açıldıqdan sonra isə Rusiya pavilyonu bağlanacaq.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.