Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusu
mayın 6-sı gecəyarıdan sonra da aktiv
döyüş əməliyyatlarını dayandırmayıb və Kiyevin irəli sürdüyü
atəşkəs rejimini faktiki olaraq rədd edib.
"Hərbçilərimizin və kəşfiyyatın axşam hesabatları əsasında növbəti
addımlarla bağlı qərar verəcəyik", – Zelenski mayın
6-da hərbi komandanlıqla keçirdiyi müşavirədən sonra
vurğulayıb.
O, Ukraynanın "güzgü prinsipi" ilə hərəkət edəcəyinə dair
vədini
xatırladıb.
Rusiya mayın 8-9-u üçün birtərəfli atəşkəs elan edib. Zelenski və
digər Ukrayna rəsmiləri isə bildirmişdilər ki, onlar atəşkəsə qarşı
deyillər, lakin yalnız Moskvadakı 9 May paradı naminə atəşkəslə
razılaşmaq istəmirlər.
Rusiya hakimiyyəti isə Ukraynanın mayın 6-dan qüvvəyə minməsini
istədiyi atəşkəs təklifinə hələlik rəsmi reaksiya verməyib.
Ukraynada bir gündə Rusiyanın zərbələrindən azı 26 nəfər həlak
olub
Mayın 5-də Rusiya qüvvələri Ukraynanın azı üç şəhərinə aviabombalar
və dronlarla zərbələr endirib. Nəticədə azı 26 nəfər həlak olub,
onlarla insan yaralanıb. Bu, son aylarda Ukraynaya qarşı ən qanlı
hücumlardan biri hesab olunur.
Ukrayna isə sərhəddən təxminən 1200 kilometr uzaqlıqda yerləşən
Rusiya vilayətinə yeni uzaqmənzilli qanadlı raket və çoxsaylı dron
göndərib. Ukrayna prezidenti Volodimir Zelenski "Flaminqo"
raketlərinin Rusiyada bir silah zavodunu hədəfə aldığını
bildirib.
Bu qarşılıqlı hücumlar Rusiya və Ukraynada İkinci Dünya
müharibəsində Nasist Almaniyasının məğlub edilməsinin ildönümü
tədbirlərindən bir neçə gün əvvəl baş verib.
8-9 mayda tədbirlər planlaşdırılır
Ukraynada
2023-cü ildən etibarən mayın 8-də "Nasizm üzərində Qələbə və Anım
Günü" tədbirləri keçirilir. Bu tədbirlərdə müharibə veteranları
diqqət mərkəzində olur.
Rusiya isə 9 May Qələbə Gününü Sovet hərbi tarixinin təntənəli
nümayişinə çevirib. Artıq beşinci ildir davam edən Ukraynaya qarşı
müharibə də həmin gün təriflənir.
Bu il Kremlə yaxın Qırmızı meydanda keçiriləcək illik hərbi parad
kiçik miqyasda, hərbi texnikasız təşkil olunacaq. Kremlin rəsmiləri
bunu Ukrayna dronlarının yaratdığı təhlükə ilə izah ediblər. Bu
həftə Ukraynanın atdığı güman edilən dron Kremlin bir neçə
kilometrliyindəki çoxmərtəbəli binaya dəyib.
Rusiya prezidenti Vladimir Putin 9 May tədbirləri ilə əlaqədar
atəşkəs elan edib. Zelenski isə mayın 5-dən etibarən atəşkəs elan
olunduğunu açıqlayıb.
Zelenski: "Flaminqo" raketləri silah zavodunu
vurdu
Son illər Ukrayna dron və raket arsenalını
genişləndirərək Rusiyanın dərinliklərinə zərbələr endirir. Zelenski
bildirib ki, Çeboksarıya hücumda Ukraynanın sürətlə hazırladığı
"Flaminqo" raketlərindən istifadə olunub. Hədəf Rusiya ordusunu
naviqasiya komponentləri ilə təmin edən zavod olub. Region
qubernatoru hücum nəticəsində azı iki nəfərin öldüyünü, 30-dan çox
insanın yaralandığını bildirib.
Xilasediciləri də vurdular
Rusiya qüvvələri Ukraynanın azı üç bölgəsini aviabombalarla hədəfə
alıb. Bu bombalar təyyarələrdən atılır və böyük həcmdə partlayıcı
daşıyır.
Zaporojyedə bombardman nəticəsində azı 12 nəfər ölüb, 10-dan çox
insan yaralanıb. Rusiyanın dronları isə şimaldakı Çerniqov
şəhərində yaşayış binalarına zərbə endirərək azı 17 nəfəri
yaralayıb.
Dövlətə məxsus "Naftoqaz" şirkəti Poltava yaxınlığındakı qaz
obyektinə Rusiyanın zərbəsi nəticəsində üç əməkdaşının öldüyünü
açıqlayıb. "İkiqat zərbə" taktikası ilə həyata keçirilən hücumda
daha iki xilasedici də həlak olub. Bu taktika birinci hücumdan
sonra hadisə yerinə gələn xilasedicilərin ikinci zərbə ilə
vurulmasını nəzərdə tutur.
Donbas vilayətində cəbhə xəttinə yaxın Kramatorsk şəhərinə
Rusiyanın hava zərbəsi nəticəsində azı beş nəfər ölüb, doqquz nəfər
yaralanıb. Rəsmilərin sözlərinə görə, mərkəzi Dnepr şəhəri də
Rusiya dron və raketlərinin hücumuna məruz qalıb, nəticədə azı dörd
nəfər həlak olub.
Rusiya ötən gecə Ukraynaya üç raket və 108 dron
buraxıb
Rusiya ordusu mayın 6-na keçən gecə Ukraynaya iki "İsgəndər-M"
ballistik raketi, bir X-31 idarəolunan raketi və 108 zərbə dronu
ilə hücum edib. Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə,
dronlardan 89-u zərərsizləşdirilib.
Hücumlar gecəyarıdan, yəni Ukrayna prezidenti Volodimir Zelenskinin
elan etdiyi atəşkəs qüvvəyə mindikdən sonra baş verib. Xarkov,
Sumı, Donetsk, Zaporojye və Dnepropetrovsk vilayətlərinə
aviabombalar atılıb, dronlarla hücumlar həyata keçirilib.
Döyüş meydanında isə, demək olar ki, çıxılmaz vəziyyət yaranıb.
Rusiya bölmələri ağır itkilər bahasına ləng irəliləyiş əldə edir.
Bəzi yerlərdə isə onların mövqelərini itirdiyi bildirilir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.