Trampın 'fasilə' qərarından dərhal sonra: Fransa gəmisi Hörmüzdə hədəfə alındı
Fransanın "CMA CGM" gəmiçilik şirkəti Hörmüz boğazından keçən gəmisinə hücum olunduğunu açıqlayıb. Bu hadisə İranla münaqişə fonunda regiondakı kommersiya daşımaları üçün risklərin yüksək olaraq qaldığını göstərir.

Şirkət bildirib ki, "CMA CGM San Antonio" gəmisinə edilən hücum nəticəsində ekipaj üzvləri arasında xəsarət alanlar var və gəmiyə ziyan dəyib. Şirkətin açıqlamasına görə, yaralılar müalicə üçün Malta bayrağı altında
üzən gəmidən təxliyə ediliblər.

İnsident mayın 5-də baş verib. Həmin gün ABŞ prezidenti Donald Tramp İranla razılaşma yönündə "böyük irəliləyiş" əldə olunduğunu əsas gətirərək boğazda hərbi-dəniz müşayiəti əməliyyatını dayandırdığını bildirmişdi.

Dünyada üçüncü ən böyük konteyner daşımaları operatoru olan "CMA CGM" bundan əvvəl də gəmilərindən birinə xəbərdarlıq atəşi açıldığını açıqlamışdı. Şirkət müharibənin əvvəlindən 14 gəmisinin Fars körfəzində blokada şəraitində qaldığını bildirib.

Hörmüz boğazı qlobal enerji daşımalarının əsas marşrutlarından biridir. Fevralın 28-də ABŞ və İsrail İranla müharibəyə başlayandan bəri Tehran boğazı faktiki olaraq bağlayıb. Yüzlərlə gəminin Fars körfəzində blokadada qalması dünyada neft ticarətinin 1/5-nə birbaşa təsir göstərir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google