Pekində Əraqçi-Van İ görüşü: Çin Hörmüz boğazının açılmasına çağırır
Çinin xarici işlər naziri Van İ Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılmasına, ABŞ və İranın Hörmüz boğazında keçidi "mümkün qədər tez" bərpa etməsinə çağırıb.

Pekində Van İ ilə iranlı həmkarı Abbas Əraqçi arasında danışıqlarından sonra Çin Xarici İşlər Nazirliyi (XİN) mayın 6-da bəyanat yayıb: "Çin hesab edir ki, hərbi əməliyyatların tam dayandırılması zəruridir, münaqişənin yenidən başlaması qəbuledilməzdir
və danışıqların davam etdirilməsi xüsusilə vacibdir".

Bəyanatda Pekinin İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu dəstəklədiyi vurğulanıb.

İran XİN görüşdən sonra bildirib ki, Tehran öz milli maraqlarını müdafiə etməklə yanaşı, diplomatiyaya da sadiq qalır. "Danışıqlarda qanuni hüquq və maraqlarımızı qorumaq üçün bütün imkanlardan istifadə edəcəyik", – Əraqçi yarı-rəsmi ISNA agentliyinə deyib. Onun sözlərinə görə, Tehran Vaşinqton ilə yalnız "ədalətli və hərtərəfli" razılaşmanı qəbul edəcək.

Əraqçinin səfəri ərəfəsində ABŞ dövlət katibi Marko Rubio Pekinin Tehrana birbaşa xəbərdarlıq edəcəyinə ümidvar olduğunu bildirmişdi. Rubionun fikrincə, Çin tərəfi İranın Hörmüz boğazındakı addımlarının rəsmi Tehranı qlobal təcridə sürüklədiyini diqqətə çatdırmalıdır. Dövlət katibi həmçinin vurğulayıb ki, mövcud vəziyyət Çinə də mənfi təsir göstərir; belə ki, qlobal daşımaların pozulması birbaşa ixracdan asılı olan Çin iqtisadiyyatına zərər vurur.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google