Çinin xarici işlər naziri Van İ Yaxın Şərqdə hərbi əməliyyatların
dayandırılmasına, ABŞ və İranın Hörmüz boğazında keçidi
"mümkün qədər tez" bərpa etməsinə çağırıb.
Pekində Van İ ilə iranlı həmkarı Abbas Əraqçi arasında
danışıqlarından sonra Çin Xarici İşlər Nazirliyi (XİN) mayın 6-da
bəyanat yayıb: "Çin hesab edir ki, hərbi əməliyyatların tam
dayandırılması zəruridir, münaqişənin yenidən başlaması
qəbuledilməzdir
və danışıqların davam etdirilməsi xüsusilə
vacibdir".
Bəyanatda Pekinin İranın nüvə enerjisindən dinc məqsədlərlə
istifadə etmək hüququnu dəstəklədiyi vurğulanıb.
İran XİN görüşdən sonra bildirib ki, Tehran öz milli maraqlarını
müdafiə etməklə yanaşı, diplomatiyaya da sadiq qalır.
"Danışıqlarda qanuni hüquq və maraqlarımızı qorumaq
üçün bütün imkanlardan istifadə edəcəyik", – Əraqçi
yarı-rəsmi ISNA agentliyinə deyib. Onun sözlərinə görə, Tehran
Vaşinqton ilə yalnız "ədalətli və hərtərəfli" razılaşmanı qəbul
edəcək.
Əraqçinin səfəri ərəfəsində ABŞ dövlət katibi Marko Rubio Pekinin
Tehrana birbaşa xəbərdarlıq edəcəyinə ümidvar olduğunu bildirmişdi.
Rubionun fikrincə, Çin tərəfi İranın Hörmüz boğazındakı
addımlarının rəsmi Tehranı qlobal təcridə sürüklədiyini diqqətə
çatdırmalıdır. Dövlət katibi həmçinin vurğulayıb ki, mövcud
vəziyyət Çinə də mənfi təsir göstərir; belə ki, qlobal daşımaların
pozulması birbaşa ixracdan asılı olan Çin iqtisadiyyatına zərər
vurur.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.