“Qanuni oğru”nun qardaşı, biznesmen Levan Canqveladzenin
qətlinin təşkilində ittiham olunan Tbilisili biznesmen qardaşlar
Davit (Datuna) Mikadze,
Qiorqi Mikadze və onların yaxın çevrəsinin üzvü, “kriminal
avtoritet” Qiorqi Coxadze ömürlük həbsə məhkum edilib.
Qərarı 2026-cı il 6 may, çərşənbə günü, Tbilisi Şəhər Məhkəməsində
hakim Romeo Txeşelaşvili elan edib. Kiçik zalda — cəmi 25 nəfərlik
məkana — tərəflərin ailələrindən
10-10 nümayəndə və yalnız bir
jurnalist (Interpressnews agentliyindən) buraxılıb.
Qərar Canqveladze ailəsinin yaxınları tərəfindən alqışlanıb.
Məhkəmə başlamazdan əvvəl də, iş üzrə əvvəlki iclaslarda yaşanan
insidentləri nəzərə alaraq, məhkəmənin həyətində və ətrafında çox
sayda polis qüvvəsi cəlb olunmuşdu.
Üç məhkumdan yalnız Qiorqi Mikadze Gürcüstandadır — o, 2025-ci il 8
avqustdan bəri istintaq təcridxanasındadır.
Davit Mikadze və Qiorqi Coxadze isə xaricdə gizlənirlər.
Hər üçü ittihamı rədd edir və qeyd edirlər ki, nə Canqveladze ilə
münaqişələri olub, nə də onun qətlini sifariş etmək maraqları.
Onlar həmçinin iş üzrə bilavasitə sübutların olmadığını
bildirirlər.
Bu məhkəmə uzun sürən prosesin ən mühüm epizodlarından biridir və
rəsmi ittihamların xarakterini nəzərə alanda, Gürcüstanda və
Rusiyada mövcud olan kriminal subkulturların (“qanuni oğrular”),
elitar biznes qruplarının və keçmiş yüksək vəzifəli şəxslərin
maraqlarının kəsişməsi açıq şəkildə görünür.
İrəlidə hələ bir başqa vacib məhkəmə var — ABŞ və Böyük Britaniya
tərəfindən sanksiyalaşdırılmış, keçmiş Baş prokuror Otar
Romanov-Partsxaladzenin işi. O, 2025-ci il 29 dekabrda “qətlin
təşkilində” ittiham olunub. İş hələ mahiyyəti üzrə baxılma
mərhələsinə çatmayıb. Partsxaladze də özünü günahsız sayır.
Hələlik məsuliyyətə cəlb olunmayan daha bir ad var — prokurorun
məhkəmədə qətlin təşkilatçısı kimi göstərdiyi məşhur “qanuni
oğru”Ded Hasanın nəvəsi İrakli Usoyan.
“Qəsdən, sifarişlə və tamah motivi ilə qətl” ittihamı
Mikadzelər və Coxadze, Gürcüstan Cinayət Məcəlləsinin 25/109-cu
maddəsinin “n” bəndi ilə — qəsdən, sifarişlə və maddi marağa görə
qətlin təşkilində təqsirləndirilirdilər.
2025-ci il 14 martda Tbilisinin Vake rayonunda Levan Canqveladzenin
qətlindən bir il iki ay sonra hakim Txeşelaşvili prokurorluğun
mövqeyini qəbul edərək, hər üçünə ömürlük həbs cəzası verdi.
Vəkillər qərarı əsassız sayır və bildirirlər ki, ədalətli məhkəmə
şəraitində bu iş üzrə bəraət hökmü çıxmalı idi.
Canqveladzenin qətli və həbslər
Levan Canqveladze — Avropada yaşayan “qanuni oğru” Merab
Canqveladzenin (ləqəbi “Suxumskı”) qardaşı — 2025-ci il 14 martda
Tbilisinin Vake rayonunda güllələnərək öldürülmüşdü.
Onun qətlində ittiham olunan keçmiş xüsusi təyinatlı Qela Udzilauri
24 oktyabrda ömürlük həbs edilmişdi. O, qətli törətdiyini etiraf
etsə də, sifarişlə etdiyini və qəsd niyyətini qəbul etmir.
Həmin ilin aprelində qətl silahını “satdığına” görə Sandro (Cano)
Tsivtsivadze tutuldu və 12 fevralda 8 il həbs aldı.
Qətldən beş ay sonra, 2025-ci il 12 avqustda Qiorqi Mikadze qətlin
təşkilində şübhəli kimi saxlanıldı.
Onun qardaşı Davit Mikadze və Qiorqi Coxadze barəsində isə ölkədə
olmadıqları üçün qaiblikdə həbs qərarı çıxarıldı.
Eyni zamanda Qiorqi Kaçkaşvili də tutuldu — o, istintaq
materiallarında Mikadze-Coxadze qrupunun üzvü kimi təqdim olunur və
silahla bağlı ittihamlarla üzləşmişdi.
Qətldən sonra dövlət qurumlarında bir sıra yüksək vəzifəli şəxslər
dəyişdirildi — o cümlədən Dövlət Təhlükəsizliyi Xidmətinin,
Prokurorluğun, Daxili İşlər Nazirliyinin və “Maliyyə Polisi”nin
rəhbərləri.
Son olaraq, 2025-ci il 29 dekabrda Daxili İşlər Nazirliyi qətlin
təşkilatçısı və sifarişçisi kimi Otar Romanov-Partsxaladzeni elan
etdi və onun axtarışını başlatdı.
Partsxaladzenin Rusiyadakı şikayəti
Məhkəmənin bu qərarı verərkən, Partsxaladze və Mikadze qardaşları
haqqında işdə ifadə verən rusiyalı şahidin Rusiyada verdiyi yeni
ifadə nəzərə alınmayıb. Həmin şahid bildirib ki, Gürcüstanda ondan
yalan ifadə verməsi üçün 3 000 dollar alınıb.
Rusiyalı İlya Mikulskinin müstəntiqə verdiyi bu iddiaların olduğu
videonu “Formula” telekanalı 25 aprelə yayımlamışdı.
27 aprel iclasında Qiorqi Coxadzenin vəkili yekun nitqində videonu
xatırlatsa da, prokurorun etirazından sonra hakim bu materialı
nəzərə almadı. Çünki prokurorluq iddia edirdi ki, yekun nitq yalnız
məhkəmə zalında araşdırılmış sübutlar əsasında qurula bilər və
həmin video araşdırılmayıb.
Bu faktla bağlı ayrıca istintaq da başlanmayıb.
“Usoyan başladı” — prokurorun mövqeyi
29 apreldə keçirilən sonuncu iclasda prokuror Levan Vefxvadze
dedi:
“İrakli Usoyan Canqveladze qardaşları ilə münaqişədə
olduğunu bildiyi üçün həm Otar Partsxaladze, həm də Davit və Qiorqi
Mikadzelərlə əlaqə yaratdı və bu məsələdən istifadə
etdi.”
“Usoyan bu işi (Levan Canqveladzenin qətlinin
təşkilini) başlayan ilk şəxs idi. Daha sonra həm Partsxaladze, həm
də Mikadzelərlə — hər ikisi onun xaç atasıdır — əlaqə saxladı və
onların da Canqveladzelərlə qarşıdurması olduğu üçün, birlikdə
təşkilatçılığı həyata keçirdilər,” – prokuror
bildirdi.
Prokurora görə, Usoyan Canqveladzeyə qarşı düşmənçilik güdürdü,
çünki o inanırdı ki, “babası Canqveladzelərin sifarişi və ya
yardımı ilə öldürülmüşdü.”
Vəkil Zviad Kordzadze isə buna cavab verdi:
“Prokurorluq bildirir ki, sifarişçi məlumdur — İrakli
Usoyan — amma onun barəsində heç bir hüquqi tədbir
görülməyib.”
Vəkilin sözlərinə görə, prokurorluq Usoyannin adını qəsdən çəkir
ki, “məhkəmə qərarında sifarişçi kimi qeyd olunsun,” halbuki onun
barəsində dərin araşdırma aparılmayıb.
Qeydlər:
• “Ded Hasan” (əsl adı Aslan Usoyan) — Tbilisidən olan yezidi kürd
əsilli, postsovet məkanının ən nüfuzlu “qanuni oğrularından” biri —
2013-cü ildə Moskvada öldürülmüşdü.
• Canqveladze ailəsi illər əvvəl mediada dolaşan iddiaları — guya
onların Ded Hasanın qətlinə aidiyyəti olması barədə — qətiyyətlə
təkzib edib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.