Mikadzelər və Coxadze Canqveladzenin qətlinin təşkili üzrə ömürlük həbs cəzasına məhkum edildi

“Qanuni oğru”nun qardaşı, biznesmen Levan Canqveladzenin qətlinin təşkilində ittiham olunan Tbilisili biznesmen qardaşlar Davit (Datuna) Mikadze,

Qiorqi Mikadze və onların yaxın çevrəsinin üzvü, “kriminal avtoritet” Qiorqi Coxadze ömürlük həbsə məhkum edilib.

Qərarı 2026-cı il 6 may, çərşənbə günü, Tbilisi Şəhər Məhkəməsində hakim Romeo Txeşelaşvili elan edib. Kiçik zalda — cəmi 25 nəfərlik məkana — tərəflərin ailələrindən
10-10 nümayəndə və yalnız bir jurnalist (Interpressnews agentliyindən) buraxılıb.

Qərar Canqveladze ailəsinin yaxınları tərəfindən alqışlanıb.
Məhkəmə başlamazdan əvvəl də, iş üzrə əvvəlki iclaslarda yaşanan insidentləri nəzərə alaraq, məhkəmənin həyətində və ətrafında çox sayda polis qüvvəsi cəlb olunmuşdu.

Üç məhkumdan yalnız Qiorqi Mikadze Gürcüstandadır — o, 2025-ci il 8 avqustdan bəri istintaq təcridxanasındadır.

Davit Mikadze və Qiorqi Coxadze isə xaricdə gizlənirlər.
Hər üçü ittihamı rədd edir və qeyd edirlər ki, nə Canqveladze ilə münaqişələri olub, nə də onun qətlini sifariş etmək maraqları. Onlar həmçinin iş üzrə bilavasitə sübutların olmadığını bildirirlər.

Bu məhkəmə uzun sürən prosesin ən mühüm epizodlarından biridir və rəsmi ittihamların xarakterini nəzərə alanda, Gürcüstanda və Rusiyada mövcud olan kriminal subkulturların (“qanuni oğrular”), elitar biznes qruplarının və keçmiş yüksək vəzifəli şəxslərin maraqlarının kəsişməsi açıq şəkildə görünür.

İrəlidə hələ bir başqa vacib məhkəmə var — ABŞ və Böyük Britaniya tərəfindən sanksiyalaşdırılmış, keçmiş Baş prokuror Otar Romanov-Partsxaladzenin işi. O, 2025-ci il 29 dekabrda “qətlin təşkilində” ittiham olunub. İş hələ mahiyyəti üzrə baxılma mərhələsinə çatmayıb. Partsxaladze də özünü günahsız sayır.

Hələlik məsuliyyətə cəlb olunmayan daha bir ad var — prokurorun məhkəmədə qətlin təşkilatçısı kimi göstərdiyi məşhur “qanuni oğru”Ded Hasanın nəvəsi İrakli Usoyan.

“Qəsdən, sifarişlə və tamah motivi ilə qətl” ittihamı
Mikadzelər və Coxadze, Gürcüstan Cinayət Məcəlləsinin 25/109-cu maddəsinin “n” bəndi ilə — qəsdən, sifarişlə və maddi marağa görə qətlin təşkilində təqsirləndirilirdilər.

2025-ci il 14 martda Tbilisinin Vake rayonunda Levan Canqveladzenin qətlindən bir il iki ay sonra hakim Txeşelaşvili prokurorluğun mövqeyini qəbul edərək, hər üçünə ömürlük həbs cəzası verdi.

Vəkillər qərarı əsassız sayır və bildirirlər ki, ədalətli məhkəmə şəraitində bu iş üzrə bəraət hökmü çıxmalı idi.

Canqveladzenin qətli və həbslər
Levan Canqveladze — Avropada yaşayan “qanuni oğru” Merab Canqveladzenin (ləqəbi “Suxumskı”) qardaşı — 2025-ci il 14 martda Tbilisinin Vake rayonunda güllələnərək öldürülmüşdü.

Onun qətlində ittiham olunan keçmiş xüsusi təyinatlı Qela Udzilauri 24 oktyabrda ömürlük həbs edilmişdi. O, qətli törətdiyini etiraf etsə də, sifarişlə etdiyini və qəsd niyyətini qəbul etmir.

Həmin ilin aprelində qətl silahını “satdığına” görə Sandro (Cano) Tsivtsivadze tutuldu və 12 fevralda 8 il həbs aldı.

Qətldən beş ay sonra, 2025-ci il 12 avqustda Qiorqi Mikadze qətlin təşkilində şübhəli kimi saxlanıldı.

Onun qardaşı Davit Mikadze və Qiorqi Coxadze barəsində isə ölkədə olmadıqları üçün qaiblikdə həbs qərarı çıxarıldı.

Eyni zamanda Qiorqi Kaçkaşvili də tutuldu — o, istintaq materiallarında Mikadze-Coxadze qrupunun üzvü kimi təqdim olunur və silahla bağlı ittihamlarla üzləşmişdi.

Qətldən sonra dövlət qurumlarında bir sıra yüksək vəzifəli şəxslər dəyişdirildi — o cümlədən Dövlət Təhlükəsizliyi Xidmətinin, Prokurorluğun, Daxili İşlər Nazirliyinin və “Maliyyə Polisi”nin rəhbərləri.

Son olaraq, 2025-ci il 29 dekabrda Daxili İşlər Nazirliyi qətlin təşkilatçısı və sifarişçisi kimi Otar Romanov-Partsxaladzeni elan etdi və onun axtarışını başlatdı.

Partsxaladzenin Rusiyadakı şikayəti
Məhkəmənin bu qərarı verərkən, Partsxaladze və Mikadze qardaşları haqqında işdə ifadə verən rusiyalı şahidin Rusiyada verdiyi yeni ifadə nəzərə alınmayıb. Həmin şahid bildirib ki, Gürcüstanda ondan yalan ifadə verməsi üçün 3 000 dollar alınıb.

Rusiyalı İlya Mikulskinin müstəntiqə verdiyi bu iddiaların olduğu videonu “Formula” telekanalı 25 aprelə yayımlamışdı.

27 aprel iclasında Qiorqi Coxadzenin vəkili yekun nitqində videonu xatırlatsa da, prokurorun etirazından sonra hakim bu materialı nəzərə almadı. Çünki prokurorluq iddia edirdi ki, yekun nitq yalnız məhkəmə zalında araşdırılmış sübutlar əsasında qurula bilər və həmin video araşdırılmayıb.

Bu faktla bağlı ayrıca istintaq da başlanmayıb.
“Usoyan başladı” — prokurorun mövqeyi
29 apreldə keçirilən sonuncu iclasda prokuror Levan Vefxvadze dedi:
“İrakli Usoyan Canqveladze qardaşları ilə münaqişədə olduğunu bildiyi üçün həm Otar Partsxaladze, həm də Davit və Qiorqi Mikadzelərlə əlaqə yaratdı və bu məsələdən istifadə etdi.”

“Usoyan bu işi (Levan Canqveladzenin qətlinin təşkilini) başlayan ilk şəxs idi. Daha sonra həm Partsxaladze, həm də Mikadzelərlə — hər ikisi onun xaç atasıdır — əlaqə saxladı və onların da Canqveladzelərlə qarşıdurması olduğu üçün, birlikdə təşkilatçılığı həyata keçirdilər,” – prokuror bildirdi.

Prokurora görə, Usoyan Canqveladzeyə qarşı düşmənçilik güdürdü, çünki o inanırdı ki, “babası Canqveladzelərin sifarişi və ya yardımı ilə öldürülmüşdü.”
Vəkil Zviad Kordzadze isə buna cavab verdi:
“Prokurorluq bildirir ki, sifarişçi məlumdur — İrakli Usoyan — amma onun barəsində heç bir hüquqi tədbir görülməyib.”

Vəkilin sözlərinə görə, prokurorluq Usoyannin adını qəsdən çəkir ki, “məhkəmə qərarında sifarişçi kimi qeyd olunsun,” halbuki onun barəsində dərin araşdırma aparılmayıb.

Qeydlər:
• “Ded Hasan” (əsl adı Aslan Usoyan) — Tbilisidən olan yezidi kürd əsilli, postsovet məkanının ən nüfuzlu “qanuni oğrularından” biri — 2013-cü ildə Moskvada öldürülmüşdü.
• Canqveladze ailəsi illər əvvəl mediada dolaşan iddiaları — guya onların Ded Hasanın qətlinə aidiyyəti olması barədə — qətiyyətlə təkzib edib.

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google