Düşen xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri: İvanişvilinin iqamətgahına yaxınlaşmağa icazə vermədilər

Düşen sindromundan əziyyət çəkən uşaqların valideynlərinin sözlərinə görə, Gürcüstan Daxili İşlər Nazirliyi onlara Bidzina İvanişvilinin rezidensiyasının qarşısında etiraz aksiyası keçirməyə imkan verməyib.


Valideynlər bu barədə özləri məlumat verirlər.

Gürcüstan Konstitusiyası (maddə 27) açıq şəkildə bildirir ki, vətəndaşın əvvəlcədən icazə almadan ictimai yığıncaq və etiraz keçirmək hüququ var və hakimiyyət ondan yalnız insanların və ya nəqliyyatın hərəkət
etdiyi yerdə aksiyanın planlaşdırılması zamanı qabaqcadan məlumat verilməsini tələb edə bilər.

Buna baxmayaraq, “Gürcü Arzusu” belə bir qanun qəbul edib ki, bu konstitusion müddəanın məzmununu dəyişməyə və fərqli şəkildə şərh etməyə cəhd göstərir. Daxili İşlər Nazirliyi də praktikada “qabaqcadan xəbərdarlıq” tələbini icazə mexanizminə çevirməyə çalışır.

“Bidzina İvanişvilinin rezidensiyasının qarşısında aksiya keçirmək üçün iki müraciət etmişik: biri spontan, digəri isə qeyri-spontan aksiya üçün. Spontan aksiyaya cavab olaraq dedilər ki, bunu bir gün əvvəl planlaşdırmaq olmaz – nə vaxt əsəbiləşsəniz, hirslənsəniz, dərhal gəlib aksiya keçirməlisiniz? Qeyri-spontan aksiyaya isə dedilər ki, burada insanlar yaşayır, işləyir, hərəkət edir və onlara mane olmayın, başqa yer seçin. İndi isə sizə həmin yerin şəklini göndərirəm – bir izah edin, burada kim yaşayır, kim işləyir və kim hərəkət edir? Kimin ‘rahatlığı’ 100 uşağın həyatından üstün tutulur?!”, - aksiyanın təşkilatçısı, valideynlərdən biri – Kaxa Tsikarişvili belə yazıb.

Düşen sindromlu uşaqların valideynləri və yaxınları bu gün Gürcüstan Patriarxlığının binasına gedəcəklər və övladlarının həyatını xilas etmək üçün xeyir-dua və dəstək istəyəcəklər.

“Düşen xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri olaraq hər kəsi Müqəddəs Qiorqi bayramı münasibətilə təbrik edirik və sizə müraciət edirik ki, bu gün saat 19:00-da Gürcüstan Patriarxlığının qarşısına gələsiniz, övladlarımızın xilası üçün xeyir-dua və kömək tələb edək. Düşen əzələ distrofiyası ölümcül xəstəlikdir və hər gün övladlarımızın həyatını qısaldır, onların sağlamlığını ağırlaşdırır. Təəssüf ki, hakimiyyətin nə icraedici, nə qanunverici, nə də məhkəmə qolu bizi qoruyur. Üstəlik, Bidzina İvanişvilinin evinə getmək və ora yaxınlaşmaq belə bizə qadağan edildi. Buna görə də xahiş edirik, bu gün saat 19:00-da bizə qoşulun. Müqəddəs Qiorqi övladlarımızı və bütün Gürcüstanı qorusun”, - valideynlərin bəyanatında deyilir.


 

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google