Marneuli meriyası azərbaycandilli əhali üçün qəzetlərin satın alınmasını planlaşdırır
Marneuli meriyası azərbaycandilli əhali üçün informasiyanın əlçatanlığını təmin etmək məqsədilə media xidmətinin satın alınmasını planlaşdırır. Layihə çərçivəsində həftəlik qəzet vasitəsilə bələdiyyənin fəaliyyəti və ölkədə baş verən proseslərlə bağlı məlumatların Azərbaycan dilində yayımlanması nəzərdə tutulur.

Tender sənədlərinə əsasən, satınalmanın məqsədi azərbaycandilli həftəlik qəzetin əldə olunması, ölkədə baş verən hadisələr və Marneuli bələdiyyəsinin fəaliyyəti barədə materialların, o cümlədən yerli özünüidarənin
tələbi ilə hazırlanmış məlumatların çap mediasında Azərbaycan dilində yerləşdirilməsidir.

Oxşar xidmət üzrə Marneuli meriyasının əvvəlki illərdə “Gürcüstan” qəzeti ilə müqaviləsi olub. Hələlik həmin qəzetin tenderdə iştirak edib-etməyəcəyi və müqavilənin hansı məbləğə bağlanacağı məlum deyil.

Meriyanın ictimaiyyətlə əlaqələr şöbəsindən “Marneuli” radiosuna bildirildi ki, qəzetlər dil baryeri olan və müasir texnologiyalara çıxışı məhdud olan əhali üçün nəzərdə tutulub.

Qəzetlər inzibati ərazi vahidlərində merin nümayəndələrinə təhvil veriləcək və sakinlər çap mediasını onlardan əldə edə biləcəklər.

Bələdiyyənin açıqlamasına görə, əvvəlki müqavilələr çərçivəsində kəndlərdə hər həftə təxminən 100 nüsxə qəzet paylanılırdı.

Bu tender üzrə təkliflərin qəbulu 8 may tarixində başa çatır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google