Papuaşvili Herçinski haqqında: mümkündür ki, elə Avropanın özü qaranlıq keçmişə doğru gedir
Parlamentin sədri Şalva Papuaşvili Avropa Günü ilə bağlı Avropa İttifaqının Gürcüstandakı nümayəndəsi Pavel Herçinskiyə məktub göndərib.

Papuaşvili Herçinskini Avropa Günü münasibətilə təbrik edib və yazıb ki, bu gün yalnız simvolik qeyd olunmamalı, həm də düşünmək lazımdır ki, Avropa əslində nədir və o, Gürcüstanın gələcəyini necə müəyyənləşdirir.

“Avropa İttifaqının qurucu atalarından biri və böyük fransız dövlət xadimi Rober Şuman öz tarixi bəyanatını məhz bu gün, İkinci Dünya Müharibəsinin başa çatmasının beşinci ildönümündə edib. ‘Şuman Bəyanatı’nın əsasında bir əsas məqsəd dayanırdı: Avropanın bir daha müharibə tərəfindən məhv edilməməsini təmin etmək. Bəyanatın ruhu açıq idi – birliyə əsaslanan sülh, qarşılıqlı hörmətə söykənən əməkdaşlıq və məsuliyyətin bölüşdürülməsi ilə sabitlik. Avropa İttifaqının bugünkü siyasəti də məhz bu baxış fonunda qiymətləndirilməlidir.

Rober Şumandan fərqli olaraq, keçən il, Avropa Günündə, gürcü xalqına müraciətinizdə siz İkinci Dünya Müharibəsinin başa çatmasının ildönümünü nəzərə almadınız və əvəzində diqqəti ev sahibi ölkəyə qarşı öz siyasi iddialarınıza yönəltdiniz. Halbuki, xatırlatmağa dəyər ki, digər antifaşist xalqlarla yanaşı, gürcü xalqının bu günkü nəsillərinin valideynləri və babaları olmasaydı, nə faşizm məğlub edilərdi, nə də Avropa İttifaqı və Avropa Günü mövcud olardı. Gürcüstanda elə bir ailə yoxdur ki, həmin müharibədə qurban verməmiş olsun.

Avropa Gününün Qələbə Günündən ayrılması bizim üçün qəbuledilməzdir. Ona görə də ümid edirəm ki, 9 mayda sizin tədbirinizdə faşizmdən azad Avropa uğrunda həyatını qurban vermiş 300 000 gürcüyə lazımi hörmət göstərəcəksiniz”,
– Papuaşvili yazır.

Onun sözlərinə görə, Avropa İttifaqının hazırkı rəhbərliyi Şuman Bəyanatının fundamental nəticəsini dərk etmir. Papuaşviliyə görə, Avropa İttifaqının mövcud siyasəti qarşıdurmanın dərinləşdirilməsinə və narazılığın artırılmasına yönəlib. Bu kontekstdə o, Avropa Parlamentinin qətnamələrini, “siyasi və iqtisadi qisas hədələrini”, “Gürcüstanın daxili işlərinə davamlı müdaxiləni” xatırladır.

“Həqiqi vahid Avropa elə Avropadır ki, yalnız gələcək müharibələrin qarşısını almır, həm də mövcud münaqişələri sona çatdırır. Təəssüf ki, Brüsselin Gürcüstana münasibətdə apardığı siyasətdə gürcü xalqı ilə Avropa İttifaqı arasında ittifaqa nail olmaq niyyəti heç bir yerdə görünmür”, – Papuaşvili yazıb.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google