Xüsusi Tapşırıqlar Departamentinin sabiq rəhbəri Zviad Xarazişvili
(Xareba) ehtimal edir ki,
Zviad Maisaşvili, Levan Xabeişvili və Quram Roqavaya qarşı
zorakılıq işi üzrə saxlanılan xüsusi təyinatlılar “içəridən
satılıblar”. Xareba bu barədə TV Pirveliyə müsahibəsində
danışıb.
“O ki, var, içəridən satılıblar. Belə satqınlar və o
cür adamlar heç vaxt tükənmir. [Daxildənmi satdılar bu uşaqları?]
Yəqin ki, indi kiminsə özünün yerini isti saxlaması üçün başqa
birinin qurban verilməsi lazım idi, hansısa namərd belə bir şey
edib. Axı o uşaqların nə günahı var idi?”, – deyə o
bildirib.
Jurnalistin “saxlanılanlar arasında sizin keçmiş müavininiz Mirza
Kezevadze də var?” sualına Xarazişvili “bilmirəm” cavabını
verib.
O israr edib ki, aksiyanın iştirakçılarına qarşı zorakılıq əmrini
nə özü verib, nə də kimdənsə alıb.
“[Mirza Kezevadzeni saxlayıblarmı?] Bilmirəm, əlaqəm
yoxdur və maraqlanmıram da, mənə bu mövzuda sual verməyin. Mən 18
il xüsusi təyinatlı döyüş bölüyünün komandiri olmuşam, hansısa
nazirdən və ya rəhbərdən mənə heç vaxt belə əmrlər verilməyib ki,
gedin kimisə öldürün və ya döyün. Yaxşı bilirsiniz, neçə nazir və
neçə hökumət dəyişdi. Bu gün də belə bir əməliyyat olmayıb.
Cinayət olub? Qanun pozuntusu olub? Hazıram, şəxsən hər şeyə görə
cavab verim. Mən belə göstəriş verməmişəm ki, yıxılmış halda olan
birinə zərbə endirilsin və yaxud başqa mənfi hərəkətlər edilsin.
Mənə də heç kim belə bir şey tapşırmayıb. Bu sualları eşitmək xoş
deyil, amma deyəcək başqa sözüm yoxdur — heç bir əmr
olmayıb”, – o deyib.
Sualda “saxlanılanların identifikasiyası baş veribmi?” deyiləndə
Xarazişvili belə cavab verib ki, onların ekipirovkası hamıya açıq
görünürdü.
“Identifikasiya olub, hə? Bilmirəm. Maska taxmış insan…
Yaxşı görürdünüz ki, insanlar öz forma və avadanlığı ilə necə
gizlənmişdilər.
…Mənim cavabım hamıya eynidir — həm öz uşaqlarımın qarşısında, həm
də vətənimin qarşısında. Mən vətənimi o qədər sevirəm ki, güllədən
qorxmuram və məni qorxutmaqla heç kim nəyəsə nail ola bilməz. Lazım
gəlsə, gedib özüm oturaram, əgər bunu vətənim tələb edirsə və bu
uşaqları rahat buraxacaqlarsa.
[Siz də istintaqa çağırılmışdınız?] Bu sizin işiniz deyil.
Çağırsalar, getməyə problemim yoxdur. Mən heç nə pis etməmişəm,
həmin uşaqlar da heç nə etməyiblər. Bunu hamı çox yaxşı
bilir”, – deyə o əlavə edib.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.