“Beynəlxalq Şəffaflıq – Gürcüstan” (TI) hesab edir ki,
hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri
üzrə dövlət naziri vəzifəsi qanunçuluq prinsipinə uyğun deyil və
“mahiyyətcə hakimiyyət bölgüsünün konstitusion prinsipinə
ziddir”.
Təşkilatın analizinə görə, Mamuka Mdinaradzenin yeni vəzifəsi
səlahiyyətlərin təhlükəli dərəcədə mərkəzləşməsi riskini yaradır və
məhkəmə hakimiyyəti, prokurorluq və Dövlət Audit Xidmətinin
müstəqilliyi ilə bağlı ciddi suallar doğurur.
Qanuna əsasən:
- hökumətin tərkibində hüquq-mühafizə orqanlarının koordinasiyası
məsələləri üzrə dövlət naziri fəaliyyət göstərəcək;
- onun maddi-texniki və təşkilati təminatını Gürcüstan
hökumətinin administrasiyası həyata keçirəcək;
- səlahiyyətlərini isə Gürcüstan hökuməti müəyyən edəcək.
Hökumətin qərarına görə, yeni post aşağıdakı məqsədlərlə
yaradılıb:
- hüquq-mühafizə orqanları arasında əməkdaşlığın
gücləndirilməsi;
- birgə əməliyyatların planlaşdırılmasına dəstək;
- məlumat mübadiləsi standartlarının tətbiqi;
- fəaliyyət effektivliyinin qiymətləndirilməsi və problemli
sahələrin müəyyən edilməsi;
- konstitusion səlahiyyətlər çərçivəsində hökumətin prokurorluq,
Dövlət Audit Xidməti və məhkəmə hakimiyyəti ilə
koordinasiyası/kommunikasiyası.
TI bildirir ki, Gürcüstanda cinayətkarlıqla mübarizə sahəsində
hüquq-mühafizə orqanlarını koordinasiya edən qurum artıq mövcuddur
– Gürcüstan Prokurorluğu. Yeni yaradılan dövlət qurumu isə qismən
prokurorluğun funksiyalarını təkrarlayır.
Buna görə də TI hesab edir ki, mövcud normativ aktların
iyerarxiyasına əsasən, bu dəyişikliklər “adi qanunlardan daha
yüksək hüquqi qüvvəyə malik olan orqanik qanunun müddəaları ilə
ziddiyyət təşkil edir”.
Təşkilat izah edir ki, yeni dövlət qurumunun koordinasiya etməli
olduğu strukturların hər birinin mövcud qanunvericilikdə öz ayrıca
funksiyası var:
- Daxili İşlər Nazirliyi: cinayət və digər hüquq pozuntuları ilə
bağlı təhlükələrin profilaktikası, qarşısının alınması, aşkar
edilməsi, istintaqın aparılması, ictimai asayişin qorunması və
s.
- Dövlət Təhlükəsizliyi Xidməti: konstitusion quruluşun,
suverenliyin, ərazi bütövlüyünün, hərbi potensialın xarici xüsusi
xidmət orqanlarının fəaliyyətindən qorunması və digər təhlükəsizlik
vəzifələri.
- Prokurorluq: cinayət təqibinin həyata keçirilməsi, istintaq
orqanlarının fəaliyyətinə prosessual rəhbərlik, dövlət ittihamının
müdafiəsi və s.
TI vurğulayır ki, yeni yaradılan dövlət qurumu bu üç institutun
səlahiyyətlərinə müdaxilə edən və onları siyasi icra hakimiyyəti
ilə əlaqələndirən funksiyaları yerinə yetirəcək və bu, müstəqil
qolların icra hakimiyyətinə tabe edilməsi riskini yaradır.
Təşkilatın yekun rəyi belədir:
- yeni vəzifə Gürcüstanın konstitusion hakimiyyət bölgüsünün
pozulmasına, səlahiyyətlərin bir mərkəzdə toplanmasına, həmçinin
hüquq-mühafizə və məhkəmə orqanlarının siyasi təsir altına düşməsi
riskinə gətirib çıxarır;
- bu dəyişikliklər hüquqi baxımdan ziddiyyətlidir, funksional
baxımdan isə lazımsız və paralel strukturdur.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.