İrakli Qaribaşvilinin ailəsi Avropa Parlamentinin qətnaməsində
sabiq baş nazir haqqında yer alan qeydi etirazla qarşılayıb.
Qaribaşvilinin həyat yoldaşının qardaşı, “Gürcü Arzusu”nun keçmiş
üzvü və deputat Lekso Tamazaşvilinin yazdığına görə, İrakliyə, onun
“Gürcüstanla düşmən münasibətdə” hesab etdiyi həmin avropa
deputatlarının qayğısı heç nəyə lazım deyil.
“Avropa Parlamenti tərəfindən qəbul edilmiş növbəti
anti-gürcü hesabatda İraklinin daxil edilməsi və qeyd olunması
riyakarlıq, saxtakarlıq və qəsdən törədilmiş provokativ addımdır.
Bu isə açıq-aşkar radikal–ekstremist müxalifətin lobbiçiliyinin
nəticəsidir. Onların bu primitiv, lakin çirkli provokasiyası
ölkənin daxili siyasi gündəmində onlar üçün faydalı olan saxta
manipulyasiyaların, intriqaların və dezinformasiyanın yayılmasına
hesablanıb. İrakli üçün Gürcüstan hər şeydən üstündür! Buna görə
də, ölkəmizə düşmən münasibətdə olan avropa deputatlarının
“qayğısına”, “narahatlığına” və “kədərinə” onun heç bir ehtiyacı
yoxdur”, – Tamazaşvili yazıb.
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin Gürcüstanla bağlı
qəbul etdiyi hesabatına sabiq baş nazir İrakli Qaribaşvili ilə
bağlı düzəliş daxil edilib.
“Sərt ittihamların etirafı və korrupsiya ilə bağlı
etibarlı ictimai sübutların mövcud olmasına baxmayaraq, sabiq baş
nazir İrakli Qaribaşvilinin həbsi hüquqi prosesin ədalətli məhkəmə
standartlarına cavab verib-vermədiyinə dair ciddi narahatlıq
doğurur. Bu iş siyasi cəhətdən təsir altında olan ədliyyə sistemi,
qeyri-formal hakimiyyət strukturları və hakim partiya daxilində
mövcud daxili bölünmələr — o cümlədən Bidzina İvanişvilinin rolu
ilə bağlı daha geniş narahatlıqları əks etdirir”, —
sənəddə qeyd olunur.
Xarici Əlaqələr Komitəsinin dəstəklədiyi hesabat iyun ayında plenar
iclasda səsverməyə çıxarılacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.