Hökumətin qərarına əsasən, İkinci Dünya müharibəsi iştirakçıları birdəfəlik 2 000 lari, müharibədə həlak olanların ailə üzvləri isə 1 000 lari alacaqlar
Gürcüstan hökumətinin qərarına əsasən, faşizm üzərində qələbənin 81-ci ildönümü münasibətilə, İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik sosial maliyyə yardımı olaraq 2 000 lari, İkinci Dünya müharibəsində həlak olanların ailə üzvlərinə isə 1 000 lari veriləcək.

Bu məlumatı Hökumət Administrasiyası yayıb.

“Maliyyə yardımı Veteranlar İşləri Dövlət Xidmətinin veteranların uçotu üzrə elektron məlumat bazasında qeydiyyatda olan İkinci Dünya müharibəsi
iştirakçılarına və müharibədə həlak olanların ailə üzvlərinə veriləcək.

Qərara əsasən, Gürcüstanın bütün ərazisində (Tbilisi bələdiyyəsində qeydiyyatda olan İkinci Dünya müharibəsi iştirakçıları və müharibədə həlak olanların ailə üzvləri istisna olmaqla) birdəfəlik sosial yardımın verilməsini Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin dövlət nəzarətində olan Dövlət Sosial Xidməti Agentliyi təmin edəcək.

Tbilisidə qeydiyyatda olan İkinci Dünya müharibəsi iştirakçıları və müharibədə həlak olanların ailə üzvlərinə maliyyə yardımının verilməsi üçün zəruri vəsaitlərin ayrılmasını isə Tbilisi Meriyası təmin edəcək”,
– məlumatda bildirilir.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google