Hökmətin qərarına əsasən, ali təhsil müəssisəsi statuslu Gürcüstan
Diplomatiya Akademiyası yaradılır.
Hökumət başçısı İrakli Kobaxidze hökumət iclasında bildirib ki,
hazırda dövlət və özəl universitetlərin müvafiq fakültələri gələcək
diplomatlar üçün zəruri bilik və bacarıqların ötürülməsini lazımi
səviyyədə təmin etmir.
Onun sözlərinə görə, növbəti ildən Diplomatiya Akademiyası müvafiq
avtorizasiyadan keçdikdən sonra uğurla fəaliyyətə başlayacaq.
Diplomatiya Akademiyası mərkəzi
quruma tabe olan bir təhsil
müəssisəsi olacaq.
“Gürcüstan Diplomatiya Akademiyası diplomatik xidmət
üçün yüksək ixtisaslı kadrlar hazırlayacaq. İdarəetmədə birbaşa
tabeçilik Akademiyaya yüksək tədris və tədqiqat keyfiyyətinin təmin
olunmasında əlavə imkanlar yaradacaq. Bu tip tabeçilik modeli ilə
uğurla fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsi mövcuddur.
Məsələn, Gürcüstan Milli Müdafiə Akademiyası, Daxili İşlər
Nazirliyinin Akademiyası, həmçinin yeni yaradılmış Təhlükəsizlik
Akademiyası.
Bu uğurlu təcrübəni nəzərə alaraq düşünürük ki, Gürcüstan
Diplomatiya Akademiyası bu tabeçilik modeli ilə üzərinə düşən mühüm
funksiyanı yüksək səviyyədə yerinə yetirəcək.
Bizim məqsədimiz diplomatik xidmətimiz üçün yüksək ixtisaslı
kadrlar hazırlamaqdır. Bu da ölkəmizin xarici siyasi mövqelərinin
daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb
edir,” – deyə İrakli Kobaxidze bildirib.
Kobaxidze hökumət iclasında xarici işlər naziri Maka Boçorişviliyə
və nazirliyə təşəkkürünü bildirib.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.