"Mayın 6-da Rusiyanın dövlət televiziyası olan "Birinci
Kanal"ın "Vremya pokajet" verilişində Azərbaycanın təhrif olunmuş
xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma
"Dağlıq Qarabağ" ifadəsinin yer alması ciddi təxribat və
qəbuledilməz siyasi manipulyasiyadır".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi
Ayxan Hacızadə bildirib.
O, xatırladıb ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam
şəkildə bərpa olunub və bu
reallıq Rusiya Federasiyası daxil
olmaqla, beynəlxalq ictimaiyyət tərəfindən tanınır.
"Dövlət televiziyasında köhnəlmiş, saxta, separatizmi
təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya
münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq
münasibətlərinə açıq şəkildə ziddir", – XİN sözçüsü
vurğulayıb.
"Dövlətə məxsus media resurslarının məsuliyyətsiz,
qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə
aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün
zəruri tədbirlərin görülməsi gözlənilir", – o əlavə
edib.
Hələlik bu açıqlamaya Rusiyanın cavabdeh qurumlarından münasibət
almaq mümkün olmayıb.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ
münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb
olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal
edilmişdi. Bölgədə dünyanın heç bir ölkəsinin tanımadığı "Dağlıq
Qarabağ Respublikası"nın mövcudluğu elan edilmişdi.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi
əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini
bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları
aparılıb. Nəhayət, ötən il avqustun 8-də Azərbaycan və Ermənistanın
xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.
Sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini
dəstəkləyir, qarşılıqlı iddiaların dayandırılması vacib
sayılır.
Bir ay sonra, iyunun 7-də Ermənistanda parlament seçkiləridir.
Azərbaycanda və Ermənistanda bəzi müstəqil ekspertlər düşünürlər
ki, Kreml bu seçkilərdə hazırkı baş nazir Nikol Paşinyana
alternativ sayılan Rusiyameylli, bölgədə separatizmi qızışdıra
biləcək qüvvələri himayə edir. Hərçənd Rusiya rəsmiləri belə
dəyərləndirmələri qəbul etmirlər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.