Rusiyada builki 9 may Qələbə günü paradı prezident Vladimir Putinin
mövqeyində hansı dəyişiklikləri üzə çıxarır?
Axı o, 25 ildən çoxdur ki, bu parad vasitəsilə həm özünün, həm də
ölkəsinin qüdrətini dünyaya göstərir.
Ötən il nasist Almaniyası üzərində qələbənin 80 illiyində Putin 10
dəqiqəlik çıxışında Ukraynanın işğalına yüngülcə toxunmuşdu. Bu il
vəziyyət xeyli fərqlidir.
Əvvəla, paradda hərbi texnikanın olmayacağı açıqlanıb. İkincisi,
Kremlin sözçüsü Dmitri Peskov bu qərarın arxasında Ukraynanın
"terror fəaliyyəti"nin durduğunu açıq şəkildə deyib. Halbuki
əvvəllər Putin Ukraynanın hansısa təhdid yaratması barədə
fikirlərin şişirdilməsinə imkan vermir, Rusiyanın "xüsusi
hərbi
əməliyyat"da məqsədlərinə çatacağını deyirdi.
Kiyev son həftələrdə Rusiyanın dərinliklərində neft infrastrukturu
və hərbi obyektlərə zərbələri artırıb.
AzadlıqRadiosunun Rusiya/Ukrayna/Belarus üzrə redaktoru Stiv
Qutterman builki parada daha az xarici liderin qatılacağına diqqət
çəkir.
Orta Asiya liderlərindən parada gedən
yoxdur?
Kremlin açıqladığı siyahıya əsasən,
tədbirdə Belarus lideri Aleksandr Lukaşenko, Slovakiyanın baş
naziri Robert Fitso, Malayziya kralı Sultan İbrahim və Laos
prezidenti Tonqloun Sisulit iştirak edəcək.
Orta Asiyanın beş ölkəsinin prezidentlərinin olmaması da qeyri-adi
hal sayılır. Postsovet məkanından yalnız Lukaşenkonun olacağı
təsdiqlənib.
"Bu isə Rusiyanın son illər regionda
nüfuzunu qoruyub saxlamaq üçün çaba göstərdiyini üzə
çıxarır", – Qutterman yazır.
Bu həftə Yerevanda Aİ liderlərinin və Ukrayna prezidenti Volodimir
Zelenskinin qatıldığı sammitə ev sahibliyi etmiş baş nazir Nikol
Paşinyan bir ay əvvəl Putinə deyib ki, parada getməyəcək, çünki
başı 7 iyun parlament seçkiləri üçün kampaniyaya qarışıb. Fitso da
parada qatılmayacağını bildirib.
Rusiyada təhlükəsizlik tədbirləri gücləndirilir, mayın 9-da mobil
internetin məhdudlaşdırılacağı açıqlanıb.
Bu ilin əvvəlindən müharibənin Rusiyada həyat şərtlərinə təsirinin
Putinin statusuna vurduğu zərbəyə dair dəlillər artır. Rəy
sorğuları onun reytinqinin düşdüyünü göstərir. Bir sosial media
influenserinin Putinə videomüraciəti böyük rezonans doğurub və
s.
Hökumətdə rəqib fraksiyalar arasında toqquşmaların da əlamətləri
görünür.
"R.Politik" analitika mərkəzinin rəhbəri Tatyana Stanovaya X
platformasındakı təhlilində Rusiyadakı mövcud idarəetmə modelinin
artıq səmərəsizləşdiyini və sistemin özünə zərər verdiyini
vurğulayıb. Ekspertin fikrincə, mövcud vəziyyətin qorunub
saxlanılmasına yönəlmiş dözümlülük artıq tükənməkdədir:
"Putin isə ya strategiyasını dəyişmək istəmir, ya da
bunu etmək iqtidarında deyil".
Çevriliş cəhdi?
Rusiyada paraddan beş gün əvvəl
bəzi media qurumları Avropa kəşfiyyat xidmətindən sızdırılmış
sənədə istinadən yazıb ki, Putin şəxsi təhlükəsizliyini
gücləndirib, çünki çevriliş və ya sui-qəsd cəhdindən
ehtiyatlanır.
CNN, "The Financial Times" və "iStories" nəşrləri bu məlumatın
kəşfiyyat xidmətlərinə yaxın bir mənbə tərəfindən anonimlik şərti
ilə təqdim edildiyini bildiriblər. AzadlıqRadiosu bu informasiyanı
müstəqil mənbələr vasitəsilə təsdiqləyə bilməyib.
Elita daxilində fikir ayrılıqlarının artdığı da iddia olunur.
Putinin Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri
Sergey Şoyqunun adı "çevriliş riski" ilə əlaqələndirilib.
Bəzi təhlilçilər bu kəşfiyyat məlumatına şübhə ediblər. Amma
Berlində yerləşən Karneqi Rusiya Avrasiya Mərkəzinin eksperti
Aleksandr Baunovun fikrincə, son dövrdə baş verənlər ölkədə
ab-havanın dəyişdiyini göstərir.
"Media, hökumət, parlament, kilsə və xüsusi xidmət
orqanları da daxil olmaqla, bütövlükdə dövlət aparatı eyni
problemin həllinə — Putinin 2022-ci ildə buraxdığı səhvi gizlətməyə
çalışır, lakin vəziyyət getdikcə daha da pisləşir", –
Baunov yazır.
"Putin öz sehrini itirməkdədir. Hakimiyyət hələ də tam
şəkildə onun əlindədir, amma hakimiyyətin sehri
sönür", – o əlavə edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.