HƏMAS silahlı qruplaşmasının yüksəkvəzifəli liderlərindən birinin
oğlu Qəzza şəhərinə İsrailin hava zərbəsi nəticəsində aldığı
yaralardan ölüb.
Bu məlumatı mayın 8-də bir sıra media orqanları yayıb. ABŞ və
Avropa İttifaqı HƏMAS-ı terror təşkilatı kimi tanıyır.
"Middle East Monitor" nəşri Türkiyənin "Anadolu" agentliyinin
müxbirinə istinadən yazıb ki, Xəlil əl-Həyyanın oğlu Əzzam əl-Həyya
mayın 6-da axşam Qəzzanın şərqinə endirilən
zərbə zamanı ağır
yaralanıb və ertəsi gün ölüb.
Nəşrin istinad etdiyi fələstinli mənbələrə görə, Əzzam əl-Həyya
Xəlil əl-Həyyanın İsraillə münaqişədə öldürülən dördüncü
oğludur.
İsrail ordusu hələlik məsələni şərh etməyib.
İranın xarici işlər naziri Abbas Əraqçi Xəlil əl-Həyyaya başsağlığı
verib. Məlumatı İranın yarırəsmi "Tasnim" agentliyi yayıb.
Xəlil əl-Həyya HƏMAS-ın yüksəkvəzifəli rəsmisi və siyasi bürosunun
sədridir. O, Qəzza müharibəsi zamanı İsraillə atəşkəs
danışıqlarında HƏMAS-ın əsas təmsilçilərindən olub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.