Hörmüz boğazında Çin tankerinə hücum edilib
Çin Xarici İşlər Nazirliyi (XİN) Hörmüz boğazı yaxınlığında Çin ekipaj üzvlərinin olduğu, neft məhsulları daşıyan tankerə hücum edildiyini təsdiqləyib.

XİN sözçüsü Lin Cian bildirib ki, gəmidə Çin vətəndaşları olub, lakin ölən və yaralanan yoxdur.

Çinin "Caixin" media qurumu bundan əvvəl "CHINA OWNER&CREW" yazısı olan tankerin mayın 4-də hücuma məruz qaldığını yazmışdı.

Dəniz təhlükəsizliyi mənbələri gəminin
Marşall adaları bayrağı ilə üzən "JV Innovation" tankeri olduğunu müəyyən ediblər. Gəminin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahilləri yaxınlığında yanmağa başladığı bildirilir.

Bu hücum mayın 6-da Pekində Çin xarici işlər naziri Van İ ilə iranlı həmkarı Abbas Əraqçinin danışıqlarından əvvəl baş verib. Onlar Hörmüz boğazının yenidən açılmasını müzakirə ediblər.

Çin İran neftinin əsas alıcılarından biridir və müharibəyə baxmayaraq, İrandan idxalı əsasən sabit saxlayıb.

Bu insident ABŞ və İranın yenidən qarşılıqlı atəş açması fonunda baş verib. Hörmüz boğazında gəmiçilik getdikcə daha çox pozulur.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google