İranlı deputat ölkəsinin yenidən hücuma məruz qalacağı təqdirdə
Tehranın uranı 90 faizə qədər zənginləşdirə biləcəyini bəyan edib.
Bu səviyyə birbaşa nüvə silahı istehsalı üçün kifayət edən dərəcə
hesab olunur.
Parlamentin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının
üzvü, mühafizəkar deputat İbrahim Rzai mayın 12-də "X" sosial
şəbəkəsində yazıb ki, İran növbəti hücumlara cavab olaraq uranın
zənginləşdirilməsi variantını
nəzərdən keçirə bilər. O,
parlamentarilərin bu imkanı yaxından araşdıracağını da əlavə
edib.
ABŞ prezidenti Donald Tramp isə mayın 11-də verdiyi açıqlamada
Vaşinqtonla Tehran arasındakı mövcud atəşkəsi süni nəfəs aparatına
bağlı" vəziyyətə bənzədib. Tramp daha əvvəl İranın təkliflərini
rədd etdiyini bildirib. O həmçinin iddia edib ki, ABŞ və İsrailin
2025-ci ilin iyununda "12 günlük müharibə" zamanı endirdiyi
zərbələr İranın nüvə obyektlərini tamamilə sıradan çıxarıb və
ölkənin uran zənginləşdirmə potensialını ciddi şəkildə
zəiflədib.
Buna baxmayaraq, hazırda İranın ehtiyatındakı 60 faiz
zənginləşdirilmiş 400 kiloqram uranın taleyi ilə bağlı
qeyri-müəyyənlik davam edir. Texniki baxımdan bu material silah
səviyyəsi sayılan 90 faizlik həddə çox yaxındır. ABŞ kəşfiyyatının
qiymətləndirməsinə görə, yüksək səviyyədə zənginləşdirilmiş uran
ehtiyatı müsadirə və ya məhv edilmədiyi müddətcə, İranın nüvə
proqramına ciddi zərbə vurmaq mümkün olmayacaq.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.