ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin lideri Si Cinpin İran
müharibəsi məsələsində
"nisbətən yaxşı" mövqe tutub, lakin Vaşinqton Pekinin dəstəyinə
ehtiyac duymur.
Tramp bu açıqlamaları Çinə səfərdən əvvəl jurnalistlərə verib.
"İran məsələsində hər hansı bir köməyə ehtiyacımız
olduğunu düşünmürəm. Biz bu müharibədən qalib çıxacağıq — ya sülh
yolu ilə, ya da başqa vasitələrlə", — deyə
prezident
vurğulayıb.
O, Çin səfəri zamanı Si Cinpinlə İran mövzusunda "ətraflı müzakirə"
aparacağını qeyd edib. Tramp Çin liderini "dost" və "özü ilə yaxşı
dil tapdıqları biri" kimi xarakterizə edib.
Tramp mayın 13-ü axşam saatlarında Çinə çatıb. Prezidentin mayın
14-15-də Si Cinpinlə danışıqlar aparması və bir sıra rəsmi
tədbirlərdə iştirak etməsi gözlənilir. Qeyd edək ki, o, Çinə ən son
2017-ci ildə səfər etmişdi.
Bundan əlavə, Tramp İranın atəşkəslə bağlı son təklifini rədd
edərək onu "tamamilə qəbuledilməz" və "inanılmaz dərəcədə zəif"
adlandırıb.
ABŞ prezidentinin Çinə səfəri ilk başda mart ayına nəzərdə
tutulmuşdu, lakin İran müharibəsinə görə təxirə salınmışdı.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.